“Nə ermənilər, nə də Azərbaycanı istəməyən antimilli qüvvələr istədiklərinə nail ola bilməyəcəklər” – Deputat

“Nə ermənilər, nə də Azərbaycanı istəməyən antimilli qüvvələr istədiklərinə nail ola bilməyəcəklər” – Deputat
 "Hazırda informasiya müharibəsi gedir”.


Bunu  açıqlamasında Milli Məclisin deputatı, professor Rüfət Quliyev deyib.
Deputatın sözlərinə görə, informasiya müharibəsindən ermənilər və ermənipərəstlər öz məqsədləri üçün istifadə etmək istəyirlər:

"Ermənilər bizimlə cəbhədə müharibə aparmaq iqtidarında deyillər. Çünki Azərbaycan Ordusu çox güclüdür. Bunu bütün nüfuzlu beynəlxalq statistikalarda görürük. Yəni münaqişənin danışıqlar müstəvisindən müharibəyə keçməsi Ermənistan üçün yaxşı nəticə verməyəcək. Prezident, Ali Baş Komandan çıxışında dəfələrlə deyib ki, işğalçılar torpaqlarımızı qaytarmalıdırlar”.

R.Quliyev bildirib ki, Azərbaycanın dünyada artan nüfuzu onun ordusunun da güclənməsinə səbəb olur: 

"Bunu görməmək mümkün deyil. Azərbaycanın iqtisadi gücü imkan verir ki, nəinki Azərbaycan Ordusu, bütün sahələr daim inkişaf etsin. Necə ki, bu gün bu istiqamətdə güclü işlər görülür. Ordumuzun silahlanması, təchizat və təminatı ən müasir tələblərə cavab verir. Belə bir şəraitdə nə ermənilər, nə də Azərbaycanı istəməyən antimilli qüvvələr istədiklərinə nail ola bilməyəcəklər. Artıq 1990-cı illər deyil”.

(mediapost)


OXŞAR XƏBƏRLƏR

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...