İqtİsadİyyat

"NBC Bank" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat köçürdü

NBC Bank ASC-nin səhmdarları Azərbaycan Prezidentinin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 AZN məbləğində vəsaitin köçürülməsi haqda qərar qəbul edib. Korporativ sosial məsuliyyət çərçivəsində daim müxtəlif tədbir və xeyriyyə aksiyaları ilə seçilən NBC Bank bu dəfə də xalqımıza dəstək məqsədi ilə ölkə başçısı tərəfindən irəli sürülən təşəbbüsə qoşulur. Bank koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarına mənfi təsirinin yayılmasının qarşısını almaq və məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini dəstəkləməyi öz vəzifəsi hesab edir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.   

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930