Dünya

NBA oyunçusunun qoxu hissini itirməsi COVID-19-un qeyri-adi əlamətini göstərir

NBA oyunçusunun qoxu hissini itirməsi COVID-19-un qeyri-adi əlamətini göstərir
 Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən oyunçu Rudi Hobert koronavirusa yoluxduqdan sonra özünə sual verdi: Onun kimi digərləri də qoxu və dad itkisi problemi ilə qarşılaşmayıblarmı?

Demə, çoxlarında oxşar situasiya imiş. Belə hisslərin gözlənilməz və izaholunmaz itkisi Cənubi Koreya, Çin və İtaliyanın COVID-19 pasiyentləri arasında qeydə alınmış erkən simptomlardır. 

Sfera.az xəbər verir ki, Böyük Britaniyanın Qulaq, Burun və Boğaz Əməliyyatı Assosiasiyası (ENT UK) bu qənətə gəlib. ENT UK-da Böyük Britaniyanın qulaq, burun və boğaz cərrahiyyəsi üzrə mütəxəssisləri təmsil olunur. Tibbdə anosmiya kimi tanınan qoxu hissinin tam və ya qismən itirilməsi COVID-19 infeksiyasının ilkin əlaməti ola bilər. Mən son 4 gündə qoxu hiss edə bilmirəm.

Kimsə eyni halı yaşayıbmı?

Bu cizgi vacibdir, çünki o, koronavirus infeksiyası riskinə meylli insanları üzə çıxarmağa kömək edə bilər. Bunlar testləşdirmə və izolyasiya tələb edir, habelə, xirurqları transnazal və sinusvari əməliyyatların təhlükəli ola biləcəyi hallarından xəbərdar edir. Çində koronavirusa yoluxmuş pasiyent güman ki, burun boşluğundan yayılmış virus zamanı hipofizdə endoskopik əməliyyata məruz qaldıqdan sonra bu xəstəlik 14 nəfərə keçib. 

Cənubi Avstraliyada Adelaida şəhərindəki Flinders Universitetinin qulaq, boğaz və burun xirurgiyası üzrə professor Saymon Karni deyib: 

"Bu, gündən-günə peyda olmanın sübutudur. Bu informasiyanın ictimaiyyətin diqqətinə çatdırılması vacibdir ki, səhiyyə xidməti orqanları onu nəzərdən keçirə bilsinlər". "Yuta Caz"ın oyunçusunun koronavirus testlərinin martın ortalarında müsbət nəticə verdiyi bildirilir.

"Sakit daşıyıcılar"

Anosmiya - soyuqdəymə virusu infeksiyalarından sonra tez-tez rast gəlinən simptomdur. Amma S.Karninin sözlərinə görə, bu, tibb işçilərinin mümkün COVID-19 hallarını üzə çıxarmaq üçün istifadə etdikləri anlayışa daxil deyil. Sensor itkisi koronaviruslu pasiyentlərdə digər simptomların yoxluğunda tez-tez baş verir. Bu, virusun ən yüksək konsentrasiyasının pasiyentlərin burun boşluğunda simptomlar üzə çıxdığı vaxt aşkarlanmasının mümkünlüyü faktı ilə əsaslandırıla bilər.

"Məhz bu "Sakit daşıyıcılar"ın cari skrininq prosedurlarında diqqəti cəlb etməmələri mümkündür. Bu da xəstəliyin bir çox ölkədə sürətlə yayılmasının izahı ola bilər" deyə S.Karni əlavə edib.

ENT UK-ya görə, Almaniyada təsdiqlənmiş halların 2/3-dən çoxu anosmiyadan xəbər verir. Test götürülməsinin daha geniş yayıldığı Cənubi Koreyada müsbət nəticəli pasiyentlərin 30 faizində bu, əsas simptom olub. 

"Digər simptomların yoxluğunda anosmiyadan şikayətlənən pasiyentlərin sayı sürətlə artır" deyə London kollecinin rinologiya üzrə professoru Kler Hopkins bildirib. 

O, İran, ABŞ, Fransa və İtaliyanın şimalından olan həkimlərin məlumatlarına əsaslanıb. K.Hopkins inkubasiya dövründə 40 yaşınadək olan 4 pasiyenti qalan günlərdə simptomsuz gördüyünü söyləyib: 

"Adətən, mən xəstələri inkubasiya dövrünün bir ayından çox görmürəm. Fikrimcə, bu pasiyentlər COVID-19-un sürətlə yayılmasına səbəb olan gizli daşıyıcılardan ola bilərlər. Təəssüf ki, onlar müasir testləşdirmə və özünütədric meyarlarına uyğun gəlmirlər".

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930