“Nazpəri Marksdırmı, Lenindirmi?” - Xalq artisti ilə bağlı şok sözlər

“Nazpəri Marksdırmı, Lenindirmi?” - Xalq artisti ilə bağlı şok sözlər

Xalq artisti Nazpəri Dostəliyeva verilişlərin birində qadınlarla bağlı açıqlaması qalmaqala səbəb olub.

"Qızımın olmasını çox istəyərdim. Xasiyyətim pisdir deyə, yəqin ki, Allah verməyib. Qız uşağına qarşı çox qısqancam. Onu bir dəqiqə də nəzarətsiz buraxma. Bəlkə də universitetə getməyə də qoymazdım. Rəfiqələrinin olmasına, gəzməsinə icazə verməzdim”, - deyən müğənninin sözləri müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə onu qadınların təhsil almasına qarşı çıxmaqda ittiham ediblər.

Məsələ ilə bağlı tibb elmləri namizədi Rəşid Mahmudovla əlaqə saxladıq. "Yeni Sabah”a R. Mahmudov qadınların oxumağının, savadlı olmasının vacibliyini qeyd edib:

"Bir artist deyibsə, nə olacaq? O, Marksdırmı, Lenindirmi, Engelsdirmi, Stalindirmi ki, ondan sitat gətirirlər? Bu saat oğlanlardan çox qızları oxutmaq lazımdır, qızlar anadır. Uşağa tərbiyə verən, bütün övladları böyüdən də anadır. Ana savadlı olmalıdır ki, övladına tərbiyə verə bilsin, ağıl versin, övladını inkişaf etdirə bilsin.  Nə qız, nə oğlan? Gülməli şeylərdir bunlar. Cəmiyyət hara  gedir, mən bilmirəm. 

Bir onu bilirəm ki, birinci kişilər bilsinlər, bizim bütün millət bilsin ki, qadın savadlı olmalıdır.  Ona görə də qadını oxutmaq lazımdır. Necə yəni, qadını oxutmaq olmaz? Nədir, Fatmanisə olacaq qadın? 21-ci əsrdir. Sadəcə ayıbdır. Çox ayıbdır. Onu kim deyirsə,  deməli onun özü də oxumayıb. 

Demirəm ki, oxumayanlar pisdir. Bizim  nənələrimiz, analarımız olub ki,  onlar da oxumayıb. Mənim anam da oxumayıb, 6 uşağı olub, kəndçi olub. Amma o savadsız qadın  6 uşağın 6-nı da oxudub, ali təhsil verib. Bunları demək  ayıb şeydir. Birinci qızlar oxumalıdır. 

Mən buradan millətimə səslənirəm, övladlar içərisində birinci  qızları oxutdurun! Qızları savadlı edin, o ana olacaq.  Onun  savadlı olması millətimizin savadlı olmasıdır. Bizim başımıza nə bəlalar gəlirsə, hamısı savadsızlığımızın ucbatından gəlir. Qızlara ali təhsil vermək lazımdır. Oxumaq üçün hara istəyirsə,  qoy oraya getsin. Lap xaricdə oxusunlar, fərq etməz. Ayıbdır. Belə şeyləri heç gündəmə çıxarmaq lazım deyil.  Bizim  millət bilməlidir ki, qadın kişidən savadlı  olar. Kişi fəhlə də işləyə bilər, hər şey ola bilər, amma qadın mütləq savadlı olmalıdır”. 

Mövzu ilə bağlı təhsil eksperti, əməkdar müəllim Asif Cahangirovla da əlaqə saxladıq. O, xanım ifaçının səhv dediyini bildirib:

"Bu mənim üçün çox primitiv məsələdir. Bir axmaqlıqdır edib. Bunu sensasiya etmək lazım deyil. Deyib, deyib də, cəhənnəmə desin. Əlbəttə ki, səhv edib. Heç bir şey etməyib ki, bir sözdür də deyib, ağzından çıxıb. Özü də başa düşür ki, səhv edib”.

OXŞAR XƏBƏRLƏR

ARB TV Nazilə Səfərlini efirdən uzaqlaşdırdı

 Şairə Nazilə Səfərli ARB TV-də aparıcısı olduğu "Ona qalsa" proqramından uzaqlaşdırılıb. Sfera.az xəbər verir ki, onun verilişinin aparıcılığı p...

Günay İbrahimliyə koronavirus zərbəsi - "Gəzə bilmirəm..." / FOTOLAR

"Koronavirusdan qorunuram. Spirt, antibakterial gel almışam. Kiməsə pul verəndə, pul alanda özümü qoruyuram”. Sfera.az redaktor.az-a istinaddla bildirir ki...

Aygün Kazımovanın canlı efirdə fonoqramı kəsildi - VİDEO

Xalq artisti Aygün Kazımova "Instagram” hesabında paylaşdığı arxiv görüntülərlə gündəmə səs salıb. Sfera.az oxu.az-a istinadla xəbər verir ki, 20 il öncə keçmi...

8 yaşlı Əminə Maksim Qalkini heyran qoydu - VİDEO - FOTO

Rusiyanın Troitsk şəhərində yaşayan 8 yaşlı azərbaycanlı qız - Əminə Qasımova "Birinci kanal"da Maksim Qalkinin təqdimatında yayımlanan "Luçşe vsex!" proqramını...

Təqdimata iki saat gecikən azərbaycanlı aktrisa açıq-saçıq libası ilə gecəyə damğa vurdu - FOTO

Ötən axşam çoxdan gözlənilən "Aşk tesadüfleri sever 2” filminin premyerası keçirilib.   Sfera.az xəbər verir ki, təmtəraqlı keçən qala gecədə fi...

“Sefirin kızı”nın aktyoru özünə sevgili tapdı - FOTO

Qızının anası Melis İşitden 6 ay öncə boşanan "Sefirin kızı" serialının aktyoru Uraz Kayqılaroğlu sosial media fenomeni Mehtap Algüllə eşq yaşayır. Sfera.az ax...