No Image
No Image

Nazirliyin vəzifəli şəxsi barəsində cinayət işi açıldı - RƏSMİ

Nazirliyin vəzifəli şəxsi barəsində cinayət işi açıldı - RƏSMİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağcabədi rayon filialında müavinət sektorunun baş məsləhətçisi vəzifəsində işləmiş şəxs barəsində cinayət işi açılıb. 

Bu barədə Baş Prokurorluğun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə yaydığı məlumatda qeyd olunub.

Prokurorluq orqanları tərəfindən sui-istifadə hallarına qarşı həyata keçirilən tədbir zamanı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon filialında sosial müavinətlərin təyin edilməsi ilə bağlı yol verilmiş qanunsuzluqlara dair daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq zamanı DSMF-nin Ağcabədi rayon filialının müavinət sektorunun baş məsləhətçisi vəzifəsində işləmiş Bayramov Fariz Nəriman oğlunun xidməti vəzifəsinin icrası ilə əlaqədar 2018-2020-ci illər ərzində ünvanlı dövlət sosial yardımın təyin olunması prosesində vəzifəsindən sui-istifadə etdiyinə dair şübhələr yaranıb.

O, köməklik etmək müqabilində ayrı-ayrı rayon sakinlərinin kart hesabına köçürülmüş ödənişlərin ilk bir neçə aylıq məbləğini istəyərək müxtəlif vaxtlarda və yerlərdə nağd şəkildə almasına, həmçinin vətəndaşların bank kartlarını özündə saxlamaqla aylıq köçürülən pul vəsaitlərini nağdlaşdıraraq, ümumilikdə 13 min manat məbləğində vəsaiti rüşvət qismində əldə etməyə cəhd edib. Eyni zamanda F.Bayramovun sosial müavinət təyin etdirəcəyi adı ilə vətəndaşa məxsus xeyli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Fariz Bayramov Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma – təkrar törədilməklə), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) və 32.4,312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Qeyd edək ki, əhatə etdiyi geniş əhali kateqoriyasına görə sosial-müdafiə sahəsinin mühüm komponentlərindən olan əmək və pensiya təminatı sistemində baş verə biləcək sui-istifadə hallarına qarşı prokurorluq orqanları tərəfindən məqsədyönlü tədbirlərin görülməsi davam etdirilir.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sürücülük vəsiqəsi imtahanına girənlərə cavabları ötürən azərbaycanlı tutuldu - Film kimi olay

İstanbul polisi 15 iyul Demokratiya Otogarında (avtovağzalı) üzərində gəzdirdiyi xüsusi çantada yerləşdirilmiş cihazlarla sürücülük vəsiqəsi almaq üçün imtahana...

Saxta vaksinasiya sənədi verən həkimləri HANSI CƏZA GÖZLƏYİR?

Vətəndaşlara saxta sənəd verən həkimlər 2 ilədək azadlıqdan məhrum edilə bilər. Sfera.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Ə...

Polisə xəsarət yetirərək azad olunan ərazilərə keçən şəxslər saxlanıldı

Aprelin 9-da saat 18.15 radələrində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Seyidəhmədli kəndindən Alxanlı kəndi istiqamətində nəzarət postundan kənar yol...

Vilayət Eyvazov yüksək rütbəli polis zabitini İŞDƏN QOVDU

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis polkovnik-leytenantını xidmətdən qovub. Sfera.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, naz...

"Bandotdel" əməliyyat keçirdi - Həbs edilənlər var

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən cinayətkarlıqla, o cümlədən, narkotik vasitələrin yayılmasının qarşının alınması istiqamətində fasiləsiz və qət...

Müstəntiqin rüşvət istəməsi iddiası ilə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi vətəndaş Elnarə Şıxaliyevanın övladı Röyal Nuraliyevin ittiham olunduğu cinayət işi üzrə müstəntiqə 5 min manat rüşvət vermədikləri üç...