Nazirliyin əməkdaşları Saakaşviliyə görə cəzalandırılıb

Nazirliyin əməkdaşları Saakaşviliyə görə cəzalandırılıb
Gürcüstanın Dövlət Müfəttişliyi Xidməti keçmiş prezident Mixeil Saakaşvilinin şəxsi məlumatlarının əldə olunması və yayılmasının qanuniliyi ilə bağlı araşdırmaları başa çatdırıb.

Sfera.az xəbər verir ki, qəbul edilmiş qərarla Gürcüstanın Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidmət inzibati məsuliyyətə cəlb olunublar.

Xidmət sabiq dövlət başçısının penitensiar müəssisənin mağazasında qida məhsulları alması, qida rasionu barədə informasiyaların, həmçinin onun qida qəbul etməsini, Rustavi həbsxanasından Qldani təcridxanasının müalicə müəssisəsinə köçürülməsini əks etdirən videoların yayılmasını şəxsi məlumatlara dair qanunvericiliyin pozulması kimi qiymətləndirib.

Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidmətə qarşı cərimə tətbiq olunmaqla yanaşı, hər iki quruma feysbuk, həmçinin rəsmi internet səhifələrində M.Saakaşvilinin şəxsi məlumatlarından ibarət yazıların pozulması tapşırılıb.

OXŞAR XƏBƏRLƏR

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...