No Image
No Image

Nazirlikdən Vətən Müharibəsində çoxsaylı xəsarət alan qazimizlə bağlı - AÇIQLAMA

Nazirlikdən Vətən Müharibəsində çoxsaylı xəsarət alan qazimizlə bağlı - AÇIQLAMA

Qələbəmizin qəhrəmanlarından biri olan, müharibədə yaralanmış Elçin Səmədovun ailəsinə ev tikintisini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öhdəsinə götürüb.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

Onun sözlərinə görə, nazirliyin əməkdaşları müharibədə çoxsaylı qəlpə yarası almış Elçinlə görüşüb, ailəsinin vəziyyəti, ev şəraiti ilə yerindəcə tanış olublar.

 

Elçin yaxın günlərdə əməliyyat olunacaq. Qəbələ şəhərində yaşayan ailə dörd nəfərdən (özü, anası, biri məktəbli olan, digər peşə təhsili alan iki qardaşı) ibarətdir.

Nazirlik ağır məişət şəraiti olan vaqon evdə yaşayan ailə üçün sosial tərəfdaşların dəstəyi ilə fərdi ev tikilməsini qərara alıb.

Əsgərin anası Şükürova Vüsalə Müzəffər qızının işsiz olduğu nəzərə alınaraq, öz istəyi ilə sosial xidmət sahəsində işlə təmin olunub. Ailənin ünvanlı sosial yardım almaq hüququna da baxılacaq.

Elçinin qardaşı peşə təhsilini bitirdikdən sonra onun da işlə təminatına kömək göstəriləcək.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda peyvəndlənmə prosesi belə aparılır - FOTOLAR

Bu gün Azərbaycanda koronavirus infeksiyasına qarşı "Sinovak" vaksininin vurulmasına start verilib. Sfera.az-ın məlumatına görə, ilkin olaraq ölkədə tibb ...

Bakı-Sumqayıt qatarı 20 Yanvar günü bu qrafiklə işləyəcək

20 Yanvar günü Bakı-Sumqayıt qatarının işləmə qrafiki bəlli olub. Azərbaycan Dəmir Yolları QSC-dən Sfera.az-a verilən məlumata görə, 20 Yanvar qeyri-iş gü...

Şəhidlər Xiyabanında son tamamlama işləri görülür - FOTOLAR

20 Yanvar faciəsinin 31-ci ildönümünə sayılı günlər qalıb. Sfera.az-ın məlumatına görə, hazırda Şəhidlər Xiyabanında bununla bağlı hazırlıq prosesi aparıl...

"Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var..." - İlham Əliyev məmurlara səsləndi

"Ölkəmizin inkişafı üçün yeni bir dövr başlayıb. Bütün bu amillər ola-ola bu gün biz azad edilmiş torpaqlara qayıdaraq, o torpaqların potensialından istifadə ed...

İlham Əliyev iki zavodun təməlini qoydu - FOTOLAR

Yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında "Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, "Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının t...

Rusiya Navalnı ilə nə edəcəyini bilmir? – Qərbin artan təzyiqi və sankisya xəbərdarlıqları

Beləliklə, Rusiya müxalifətinin lideri Aleksey Navalnı vəd etdiyi kimi, yanvarın 17-də Rusiyaya döndü və Şeremetyevo hava limanında saxlanıldı. Əslində burada g...