Nazirlikdən Tofiq Bəhramovun heykəlinin ağardılmasına MÜNASİBƏT

Nazirlikdən Tofiq Bəhramovun heykəlinin ağardılmasına MÜNASİBƏT
Tofiq Bəhramovun heykəli ilə bağlı anlaşılmazlıq olub. Onun Respublika Stadionunun önündə quraşdırılmış heykəlində rəng dəyişikliyindən söhbət gedə bilməz”.

Sfera.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib. Tofiq Bəhramovun Respublika Stadionundakı heykəlinin ağardılması mediada və sosial şəbəkədə işıqlandırıldıqdan sonra tənqidlərə səbəb olub.

Lakin nazirlik rəsmisi açıqlamasında heç bir səhvdən söhbət getmədiyini, ağ rəngin əvvəlki rəngin oturması üçün vurulduğunu bildirib:

"Nazirliyin balansında olan Reabilitasiya Mərkəzində (Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutunu nəzərdə tutur – S.M.) və Tofiq Bəhramov adına Respublika Stadionunda təmir işləri gedirdi. Artıq təmir işləri yekunlaşmaq üzrədir. Bu təmir çərçivəsində məhz restavrasiya məqsədilə heykəl də rənglənib. O ağ rəng əvvəlki rəngin daha yaxşı oturması üçün vurulan qoruyucu rəng idi. Onu başqa rənglə əvəz etmək fikrimiz olmayıb. Rəngi əvvəlki kimi bürünc rəngdə olacaq. Sabah və ya birisigün siz onu əvvəlki rəngdə görəcəksiniz”.  (Oxu.Az)

OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...