Nazirlikdən tikinti şirkətlərinə XƏBƏRDARLIQ

Nazirlikdən tikinti şirkətlərinə XƏBƏRDARLIQ
Bakıda tikinti işləri aparkən ağacları məhv edən şirkətlərə xəbərdarlıq edilib.

Sfera.az bildirir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev açıqlama verib.

O, bildirib ki, bu, cinayətdir və nazirlik belə hallarla daim mübarizə aparır: "Bəzi hallarda tikinti şirkətləri guya küçəni səliqəyə salmaq adı ilə ağaclara zərər vururlar. Bu, cinayətdir. Həmin adamların boynuna məftil dolasalar, yaşaya bilərmi?! Ağaclar da həmçinin. Adam var ki, ömründə bir ağac belə əkməyib, amma yaşıllığı məhv edir. Mən həmin şəxsləri təbiətə dost münasibəti göstərməyə dəvət edirəm. Yaşıllıq hər birimizə xidmət edir, oksigen mənbəyidir. Ən azından, öz sağlamlıqları üçün onlara qulluq etməlidirlər".

Nazir müavini dəymiş zərərin hesablanması zamanı hansı amillərin nəzərə alındığından da danışıb: "Dəymiş zərər ağacın diametrinə, yaşına, növünə və s. amillərə görə hesablanır. Hansı işbazlar yaşıllığı məhv edirləsə, nazirlik onlarla barışmaz mövqedə olacaq və ən ağır şəkildə cəzəlandırılacaqlar. Aşkar olunan fakt cinayət tərkibi yaratdıqda, mütləq şəkildə prokurorluq orqanlarına təqdim olunur".
 
(trend)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Dörd restoran və bir çay evində pozuntular aşkarlandı

Monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Sfera.az xəbər verir ki, bu barədə Azərbayc...

Koronavirus xəstələri saxlanıldı

Polis əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə keçirilən nəzarət-profilaktiki tədbirlər zamanı  ictimai yerlərd...

Nazirlər Kabinetindən koronavirusla bağlı YENİ QƏRAR

Nazirlər Kabineti  "COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyi...

Operativ Qərargahın iclası keçirildi - Yeni il və “Omicron” gündəmdə

Bu gün Baş nazir, Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın genişləndirilmiş iclası k...

MTN generalını kim himayə edir? – Mövlam Şıxəliyevlə bağlı Prezidentə müraciət

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev və digərilərinin cinayət işi üz...

Sabah bu rayonlarda qaz kəsiləcək

Sabah Azərbaycanın iki rayonunun böyük hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "...