No Image
No Image

Nazirlikdən Qazançı kilsəsinin bərpası ilə bağlı AÇIQLAMA

Nazirlikdən Qazançı kilsəsinin bərpası ilə bağlı AÇIQLAMA
"İşğaldan azad olunan ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işləri, o cümlədən, Şuşada aparılan bərpa və quruculuq prosesi şəhərin tarixi simasının bərpa edilməsi məqsədilə, Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir”.
Sfera.az bildirir ki, bunu Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə Şuşa şəhərindəki Qazançı kilsəsinin bərpa olunmasından AZƏRTAC-a danışarkən deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, həyata keçirilən işlər çərçivəsində Qazançı kilsəsi də bərpa edilir:

"Bütün digər tarix-mədəniyyət abidələrimiz kimi, Qazançı kilsəsinin də tarixi sənədlər, arxiv materialları əsasında ilkin bədii-estetik görkəminə uyğun olaraq bərpa edilməsi nəzərdə tutulur.

Bu, elmi-praktiki-tədqiqat fəaliyyəti olmaqla abidənin hərtərəfli təhlilini, memarlıq, tarixilik xüsusiyyətlərinin araşdırılmasını ehtiva edir.

Hazırlanacaq bərpa layihəsi abidənin XIX əsr ilkin-orijinal görkəminə qaytarılması imkanı verəcəkdir. Bundan əlavə, müvafiq layihə təcrübəli memar və bərpaçılardan ibarət mütəxəssislərdən təşkil olunan Elmi Şura tərəfindən müzakirə edilib təsdiqlənəcək.

Həmçinin, müvafiq sahədə geniş təcrübəsi olan və UNESCO-nun qəbul etdiyi beynəlxalq bərpa standartlarını bilən xarici mütəxəssislərin də bərpa layihəsi üzrə rəyinin alınması təmin olunur. Həmin xarici mütəxəssislərlə birlikdə bərpa işinin gedişatının monitorinq edilməsi də planlaşdırılır”.

M.Qafqarzadə qeyd edib ki, Şuşanın tarixi Qazançı kilsəsinin bərpa edilməsini həzm edə bilməyən işğalçı, terrorçu Ermənistan bizə qarşı şər-böhtan atır, cəfəng iddialar irəli sürməyə çalışır.

Qeyd edək ki, Qazançı kilsəsi Şuşa şəhərinin kənarında, hazırkı yuxarı hissəsində yerləşir. Kilsənin 1868-ci ildə qədim Zərdüşt məbədi üzərində inşa olunmağa başlanıldığı bildirilir.

Kilsənin inşası 1880-ci illərdə yekunlaşdırılıb. Kilsə quruluş baxımından dörd yarımdairəvi çıxışdan ibarətdir. Kilsənin daxili xüsusi memarlıq bəzəkləri olmadan, yonulmuş yerli daşlarla üzlənib. Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dövlət qeydiyyatına alınan (inventar №358) kilsə ilk dəfə Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 27 aprel tarixli 145 nömrəli qərarı ilə abidələr siyahısına daxil edilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşların sayı artırılır

"Buta Airways” şirkəti Bakı-Tbilisi-Bakı istiqaməti üzrə müntəzəm reyslərin sayını artırır. Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya ...

Hacı Mazanın oğluna yeni vəzifə verildi

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ağsu rayonunda yerləşən 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə yeni rəis təyin olunub. &nbs...

Sabiq nazirə hökm oxundu

Bir müddət əvvəl həbs edilən Naxçıvan Muxtar Respublikasının sabiq Daxili İşlər naziri Əhməd Əhmədova hökm oxunub. Sfera.az xəbər verir ki, mənimsəmədə it...

Bazar günü avtobuslar işləyəcək

Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, müntəz...

Xaricdə oxumaq istəyənlər kreditlərdən yararlana bilməyəcək - Nazir açıqladı

"Təhsil Tələbə Krediti Fondunun kreditlərindən xaricdə təhsil almaq istəyən tələbələr yararlana bilməyəcəklər”.   Sfera.az xəbər verir ki, bu barədə tə...

“Azercell” “Azərbaycan Dəmir Yolları”nı məhkəməyə verir

Ölkənin böyük abunəçi sayına sahib olan "Azercell Telekom” MMC dövlətə məxsus şirkəti məhkəməyə vermişdir. Sfera.az xəbər verir ki, mobil operator "Azərba...