Nazirlikdən evdə it saxlayanlara XƏBƏRDARLIQ

Nazirlikdən evdə it saxlayanlara XƏBƏRDARLIQ
"Ev heyvanlarını, xüsusilə itləri saxlayan şəxslər hava almaq üçün onları bayıra çıxarırlar. Bu zaman itlər digər heyvanlardan quduzluğa yoluxa bilirlər”.
 
Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Ceyran Cəfərova deyib.
 
Nazirlik rəsmisi evdə it saxlayan vətəndaşlara xəbərdarlıq edib: 
 
"Heyvan sahibləri mütləq onları vaksinlə təmin etməli, baytar nəzarətindən keçirməlidirlər. Nəzarətdən kənar qalan heyvanlar quduzluğa yoluxarsa, təhlükəli vəziyyət yaradır".
 

OXŞAR XƏBƏRLƏR