Nazirlikdən Diqo kənd məktəbi ilə bağlı AÇIQLAMA

Nazirlikdən Diqo kənd məktəbi ilə bağlı AÇIQLAMA
Astaranın Diqo kəndində yeni məktəb tikiləcək.

Sfera.az bildirir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu il tikintisi planlaşdırılan modul tipli məktəblərin siyahısına Diqo kənd məktəbinin də adı təqdim olunacaq.

Eyni zamanda, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov adıçəkilən kəndin 10 yaşlı sakini Vahabov Şindan Şəkər oğlunun təhsil probleminə münasibət bildirib. O qeyd edib ki, Astara rayon Təhsil Şöbəsi məsələ ilə bağlı araşdırma aparır: "Həmin şagird ibtidai təhsilini Şəvqo kənd ibtidai məktəbində alıb. Hazırda Pəlikəş kənd tam orta məktəbinin V sinif şagirdidir. Şagirdin valideynindən sağlamlıq haqqında arayışın istənilməsi və məsafənin uzaqlığı səbəbindən onun davamiyyətində problem yaranıb".

Qeyd edək ki, son 5 ildə Astaranın ucqar dağ kəndlərində 9 modul tipli məktəb istifadəyə verilib.

Xatırladaq ki, Astaranın Diqo kəndinin məktəb problemi tanınmış fotoqraf Orxan Əzimin çəkdiyi fotolardan sonra ictimailəşib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Yayılan videoya görə məktəblilər saxlanıldı - Direktor idarəyə çağrıldı

Ötən gün şagirdlərin sinif otağında müəllimə qarşı qeyri-etik hərəkəti ilə bağlı yayılmış görüntülərin hansı məktəbdə baş verdiyi məlum olub. Sfera.az xəb...

Şagirdlərin məktəblərdə nizam-intizamı pozmalarının qarşısı necə alına bilər? - Ekspertdən TƏKLİFLƏR

"Hər bir məktəbdə çətin tərbiyə olunan şagirdlər var. Bu tip hallar mütəmadi olduğundan, həmin şagirdlər xüsusi məktəblərdə təhsil almalıdırlar”.   Bunu ...

Tələbələrin köçürülməsi niyə dayandırılıb?

Əvvəlki illərdə qış tətili dövründə həyata keçirilmiş tələbə köçürmələrinin təhlili göstərir ki, bütün bu prosedurlar çox zaman tələb edir və yaz semestrinin ba...

DİM qəbul proqramlarında edilən dəyişiklikləri AÇIQLADI

"Ali təhsil müəssisələrinə builki qəbul proqramlarında müəyyən dəyişiklik edilib”. Sfera.az  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Metodika ...

“Məktəbdəki görüntülər Azərbaycanda çəkilməyib” - RƏSMİ

Ötən gün sosial şəbəkələrdə məktəblərin birində şagirdlərin sinif otağında müəllimə qarşı qeyri-etik hərəkəti ilə bağlı görüntülər yayılıb.  Sözügedən vide...

Azərbaycanda orta məktəbdə biabırçılıq - VİDEO

Məktəblərin birində qeyri-etik hərəkətlər edən şagirdlərin videosu yayılıb.  Sfera.az qaynarinfo-ya istinadən xəbər verir ki, videonu təhsil eksperti...