Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı AÇIQLAMA

Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı AÇIQLAMA
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar qəsəbəsində baş verən sürüşmə ərazisinə baxış keçirilib.

Sfera.az xəbər verir ki, bunu açıqlamasında nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin qrup rəhnəri Rafiq Həsənov deyib.

Qrup rəhbəri bildirib ki, ərazidə yanvarın 28-də baş verən sürüşmə hadisəsi nəticəsində axıb gəlmiş şürüşmə kütləsinin yerdəyişməsi olub:

"Bu, təbii amillərin, əsasən də yağışların təsirindən olub. Sürüşmə kütləsinin yerdəyişməsi ümumilikdə sürüşmə prosesinin aktivləşməsi kimi qiymətləndirilmir. Bu, sadəcə dayanıqlığı pozulmuş suxur kütləsinin yerdəyişməsidir".
 
(trend)

OXŞAR XƏBƏRLƏR