Nazirlik məşhur market rəhbərliyi barədə prokurorluğa müraciət etdi

Nazirlik məşhur market rəhbərliyi barədə prokurorluğa müraciət etdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların kəsilməsi ilə bağlı toplanmış sənədləri prokurorluğa göndərib.

Sfera.az-ın məlumatına görə, nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında, Oba marketin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət əsasında aparılan araşdırma başa çatıb.

Araşdırma zamanı sözügedən ərazidəki ağacların kəsilməsinə görə təbiətə 1200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

"İlkin araşdırma zamanı Oba marketin qarşısındakı ağacların marketin rəhbərliyinin göstərişi əsasında kəsildiyinə əsaslı şübhələr yarandığından və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Binəqədi Rayon Prokurorluğuna göndərilib”.

V.Cavadov onu da qeyd edib ki, kəsilmiş və düzgün budanmamış ağacların yerinə yenilərinin əkilməsi üçün Bakı şəhər Yaşıllaşdırma Birliyinə rəsmi müraciət olunub.
 
Trend.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Külək Milli Məclisin fasadını qoparıb AzTV-nin həyətinə atdı - VİDEO

Güclü külək Milli Məclisin inzibati binasının fasad örtüyünü dağıdıb. Sfera.az xəbər verir ki, nəticədə Milli Məclisin binasından qopan fasad örtüyü Azərb...

Hərbçimizimiz təlim zamanı öldü – RƏSMİ AÇIQLAMA

Bu gün saat 17:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri za...

Gəncədə FACİƏ: ev yandı, ata və iki övladı öldü - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. ...

Azərbaycanda koronavirusa yoluxan birinci sinif şagirdi vəfat etdi

Koronavirus daha bir can alıb. Bu dəfə virusun qurbanı azyaşlı məktəbli olub. Sfera.az  İTV-yə istinadən xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəs...

Azərbaycan Ordusunun giziri intihar etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Məmmədov Namin Ruslan oğlu məzuniyyətdə olarkən yaşadığı ünvanda intihar edib.  Bu barədə  Müdafiə ...

Bakıda dəhşətli qəzada ölənlərin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş ver...