Məktəblilərin yay tətili ləğv olunur?- AÇIQLAMA
12:47 / 29.03.2020
21218
"Düşünmürəm ki, məktəblilərin yay tətili tamamilə ləğv olunsun”.
Sfera.az report-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Nazirlik rəsmisi qeyd edib ki, amma indidən bu barədə dəqiq fikir söyləmək mümkün deyil: "Hər şey vəziyyətin gedişatından asılıdır”.
Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən etibarən Azərbaycanın bütün təhsil müəssisələrində tədris dayandırılıb və tətil aprelin 20-dək davam edəcək.