Nazirlik: Bu 64 obyektdə qaydalar pozulub

Nazirlik: Bu 64 obyektdə qaydalar pozulub
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) nəzarət tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, noyabrın 17-də aparılan monitorinqlər zamanı Nəsimi rayonunda "New life”, "Mübariz parfum” mağazalarında, Binəqədi rayonunda Akif Abıyevə, Mahir Məmmədova məxsus pərakəndə ticarət obyektlərində, Səbail rayonunda Mahir Əliyevə məxsus mağazada, Vüqar Məmmədova məxsus "Market”də, Nərimanov rayonunda İlham Məmişova, Kazım Camalova məxsus mağazalarda, Xəzər rayonunda Azər Əliyevə, Məhəmməd İsmayılova, İsmayıl Əhmədova məxsus pərakəndə ticarət obyektlərində, Sabunçu rayonunda "ABC-Telecom" MMC-yə məxsus mağazada, Yasamal rayonunda "Al market”də, "Dokta” MMC-yə məxsus "Aptek”də, Xətai rayonunda Elvin Xankişiyevə, Nizami Musayevə məxsus mağazalarda, Suraxanı rayonunda "Buta farm” MMC-yə məxsus "Aptek”də, Zaur Rəhimova məxsus ət dükanında, Qaradağ rayonunda "AG Telekom" MMC-nin Lökbatan xidmət mərkəzində, Nizami rayonunda "Oba market”də, Gəncə şəhərində "LG elektrik” mağazasında, "Cehizlik mağazası”nda, "Sonti market”də, Sumqayıt şəhərində "Səfərli TM” ticarət obyektində, "Eleqant tekstil" MMC-də, Abşeron rayonunda Əli Zeynalova, Elxan Musayevə, Nurlan Vəlibəyova məxsus mağazalarda, Quba rayonunda Gültəkin Orucovaya məxsus pərakəndə ticarət obyektində, Sabirabad rayonunda Fuad Abdullayevə məxsus plastik qapı-pəncərə sexində, Şəmkir rayonunda Hafiz Abdullayevə, Qabil Şükürova məxsus mağazalarda, ümumilikdə 64 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

OXŞAR XƏBƏRLƏR

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...