No Image
No Image

Nazirlər Kabinetindən tibbi spirt və maska istehsalı ilə bağlı AÇIQLAMA

Nazirlər Kabinetindən tibbi spirt və maska istehsalı ilə bağlı AÇIQLAMA
 Ölkədə spirt və maskalarla bağlı yaranmış qıtlıq bu məhsullara həm dünyada, həm də daxildə tələbatın qısa müddətdə artması ilə əlaqəlidir. Hazırda dünyada maska istehsalçıları 24 saatlıq istehsal rejimində işləsələr də, tələbi ödəməkdə çətinlik çəkirlər. Əvvəlki illərdə ölkəmizdə ay ərzində 500-600 min maska satılırdısa, indi bu qədər maska üç günə satılır. 

Sfera.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda belə deyilir. 

2018-19-cu illərdə ildə təqribən 5-6 milyon maska satılırdısa, təkcə son bir ayda bu rəqəm 3.5 milyon olub. Ölkədə olan maska ehtiyatlarından səmərəli istifadə etmək üçün ilk növbədə həkim və xəstələr, polis, müdafiə nazirliyi, sərhəd xidməti və gömrük əməkdaşları təmin olunur və apteklərə satış üçün göndərilir.

Ölkə üzrə hər gün təqribən 150-200 min maska paylanır və satışa çıxarılır. Dünən ölkəyə 500 min maska idxal olunub. 1.5 milyon ədəd maska da daxil olacaq. Hökumət maskaların ölkədə istehsalını təşkil etməklə əlverişli şəraiti təmin etməyə çalışır.

Nazirlər Kabinetinin bugünkü 114 №li Qərarına əsasən maskaların istehsalında istifadə olunan xammal gömrük rüsumlarından azad olunub. Ölkədə spirt ehtiyatı ilə bağlı heç bir problem yoxdur. Spirtin kiçik həcmli qablarda satışa çıxarılması üzərində müvafiq işlər aparılır. Məsələ yaxın günlərdə həll olunacaq və yerli istehsal məhsulu olan spirt kifayət edəcək miqdarda pərakəndə satışa çıxarılacaq.

OXŞAR XƏBƏRLƏR

Ağciyər Xəstəlikləri İnstitutunun işçiləri arasında kütləvi yoluxma - TƏBİB məsələyə aydınlıq gətirdi

  Ağciyər Xəstəlikləri İnstitutunun 11 əməkdaşı koronavirusa yoluxub. Sfera.az  xəbər verir ki, son 3 gün ərzində tibb işçiləri Məmmədova Bikəx...

Klinikalar koronavirus testi müayinələrini dayandırdı

  Azərbaycanda klinikaların koronavirusun aşkarlanması məqsədilə test müayinələrinin aparılmasını dayandırdıqları bildirilir. Sfera.az  "marja.az”a ...

“İyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq” - Baş infeksionist

  Avropa ölkələrində yoluxmalar artsa da, karantin sərtləşdirilmir. Azərbaycan isə geriyə doğru irəliləyir. Ölkədə avqustun 1-dək xüsusi karantin rejimidi...

Həftə sonu çölə çıxma qadağası daha da sərtləşdirilir? - TƏBİB-dən AÇIQLAMA

  Xəbər verdiyimiz kimi iyunun 25-də 547nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb. Qeyd edək ki, yoluxmanın sürətlə artmaması üçün şənbə-bazar və bayram gü...

SON DƏQİQƏ! Azərbaycanda karantin rejimi daha da sərtləşdirilir - RƏSMİ

  "Son günlərdə koronavirus infeksiyasına yoluxanların sayında ciddi artım müşahidə olunur. Təhlil və müşahidələr göstərir ki, müəyyən olunmuş xüsusi kara...

Azərbaycanda Koronavirusa görə iş saatları dəyişdi - SƏRƏNCAM

  AMEA prezidenti, akademik Ramiz Mehdiyev "Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının iş rejimində məhdu...