Nazirlər Kabineti qərar verdi: MÜDDƏT UZADILDI

Nazirlər Kabineti qərar verdi: MÜDDƏT UZADILDI
 Nazirlər Kabineti "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli Qərarında dəyişiklik edib.

Sfera.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair müddət sentyabrın 1-dək uzadılıb.

Yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə siyahısı bu Qərara əlavə olunan malların Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR

"Karantin rejimi nə qədər davam edəcək?" sualına - Prezidentdən cavab

 "Bilirsiniz ki, biz pandemiya dövründə adətən karantin rejimini bir, ya iki həftə ərzində elan edirdik. Vəziyyəti təhlil edərkən, nəzarət mexanizmlərini g...

Bu gündən bütün icazələr ləğv ediləcək - RƏSMİ

 "5 iyul tarixindən bütün icazələr silinəcək. Hər bir təşkilat işə çıxmalı olan əməkdaşları üçün yenidən icazə almalıdır”. Sfera.az xəbər verir ki, b...

SON DƏQİQƏ! Azərbaycanda yüzlərlə şəxs koronavirusa yoluxdu, 6 nəfər öldü

 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 534 yeni yoluxma faktı qeydə alınıb, 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. ...

İcazəsi olan bu şəxslər belə cərimələnə bilər — RƏSMİ AÇIQLAMA

 Sərt karantin tətbiq edilən ərazilərdə fəaliyyət göstərən taksilər icaze-e.gov.az portalından qeydiyyatdan keçməlidir. Sfera.az xəbər verir ki, bunu...

TƏBİB məlumat yaydı - SON DƏQİQƏ!

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 3-nə olan statistik göstəriciləri açıqlayıb. Sfera.az xəbə...

Azərbaycanda koronavirusun ikinci dalğasının başlayacağı vaxt AÇIQLANDI — RƏSMİ

 "Ekspertlər payız aylarına ciddi hazır olmağımızı tövsiyə edirlər. Çünki bu zaman digər mövsümi xəstəliklər aktivləşir. Bu da COVID-19 simptomlarına oxşar...