Nazirlər Kabineti Qarabağın bərpasında hansı şirkətlərə üstünlük veriləcəyini açıqladı

Nazirlər Kabineti Qarabağın bərpasında hansı şirkətlərə üstünlük veriləcəyini açıqladı
"İşğaldan azad edilmiş Qarabağın yenidən qurulması üçün müxtəlif ölkələrin bərpa təcrübəsini araşdırdıq. Bizim üçün ən uyğun təcrübənin Türkiyə modeli olacağını düşünürük. Bu qənaətə qonşu ölkənin son 20 ildə tikinti sektorunda əldə etdiyi nailiyyətləri nəzərə alaraq gəldik".

Sfera.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev "Anadolu" agentliyinə bildirib.

Şöbə müdirinin sözlərinə görə, bu məsələ ilə bağlı Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi ilə görüş keçirilib.

"Türkiyədə tikinti ilə bağlı tenderlərdə sifarişçi qurumlar minimum qiymət müəyyən edir. Biz də eyni sistemi tətbiq edəcəyik. İndiyə qədər Azərbaycanda bu məsələ ilə bağlı xarici şirkətlər cətinliklər yaşayırdı, proses uzanırdı, bürokratik əngəllər olurdu, bundan sonra isə asan olacaq. Türk və yaxud digər xarici şirkətlər Türkiyədə tenderə qatıldığı kimi, burda da tender şərtlərini hazırlaya biləcəklər", - o qeyd edib.

F.Mustafayev onu da deyib ki, Qarabağın bərpasında Türkiyə şirkətlərinə üstünlük veriləcək: "Türk iş adamları azərbaycanlı həmkarları ilə birlikdə Qarabağı yenidən quracaqlar. Hazırda Füzulidən Şuşaya yeni yolun inşasında iki ölkənin şirkətləri birlikdə çalışırlar. Bu, ilk addımdır. Ümumiyyətlə isə, indiyə qədər Türkiyə şirkətləri Azərbaycanda 16 milyard ABŞ dollarına yaxın dəyəri olan tenderlər udub. Bundan sonra da təkcə Qarabağ deyil, bütün ölkə miqyasında həyata keçirilən layihələrdə türk iş adamları cəlbedici təkliflər verə biləcəklər. Bu da Azərbaycanda rəqabət mühitini gücləndirəcək, görülən işlərini keyfiyyətini artıracaq".

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...