No Image
No Image
No Image

Nazirlər Kabineti büdcə məsələlərini müzakirə etdi - FOTO

Nazirlər Kabineti büdcə məsələlərini müzakirə etdi - FOTO
 Bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib. 

Ə.Əsədov bildirib ki, pandemiya nəticəsində "qlobal məcmu tələbin azalması, dünya bazarlarında neftin qiymət volatilliyinin yüksəlməsi, həmçinin məhdudlaşdırıcı tədbirlərin tətbiqi bütün dünya ölkələrində olduğu kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib və nəticədə ölkəmizdə də iqtisadi fəallığın azalması müşahidə olunub.

Baş Nazir xərclərin səmərəliliyi və qənaətin vacibliyini vurğulayaraq deyib ki, büdcə təşkilatları tərəfindən cari xərclərdən səmərəli, düzgün istiqamətdə və qənaətcil istifadə olunmalıdır: "Çünki bir cox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirlir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir. Həmçinin büdcə alışlarında bir qayda olaraq idxala üstünlük verilir. Aidiyyəti orqanlar tərəfindən büdcə təşkilatlarında cari xərclərin effektiv istifadəsinə nəzarət daha da gücləndirilməlidir.  

Eyni zamanda prioritet olmayan tədbirlərin keçirilməsinə üstünlük verilməməli, bu istiqamətdə xərclər optimallaşdırılmalı, o cümlədən lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır. Növbəti ilin dövlət büdcəsində əsaslı xərclər çox önəmli əhəmiyyət kəsb edir. Təbii ki, investisiya xərcləri iqtisadi artıma, məşğulluğa müsbət təsir edir. Lakin investisiya proqramlarının şəffaflığının, iqtisadi səmərəsinin və gəlirliliyinin yüksəldilməsi olduqca vacibdir. Qeyri-prioritet təşkil edən investisiya layihələri ixtisar olunmalı və ayrılmış vəsaitlər qənaətlə istifadə edilməlidır”.

Ə.Əsədov daha sonra diqqəti Prezident İlham Əliyevin dövlət şirkətlərinin fəaliyyətinin səmərəliliyini artırılması haqqında tapşırığına cəlb edib: "Cənab Prezident avqustun 6-da keçirdiyi videomüşavirədə dövlət şirkətlərində idarəetmənin təkmilləşdirilməsini, dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsinə baxmayaraq onların fəaliyyətinin səmərəli olmadığını, əksər dövlət şirkətlərinin maliyyə vəziyyətinin ağır olduğunu, borclanma yükünün artdığını və bu sahədə nəzarət funksiyasının kifayət qədər effektiv olmadığını bildirib. Qeyd olunan problemlərin həlli məqsədilə Prezidentin 7 avqust tarixli fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradııb və bu qurumun qarşısında çox vacib və ciddi tapşırıqlar qoyulub”. 

Qeyd olunub ki, ölkənin hərbi potensialının və ordu quruculuğunun daha da gücləndirilməsi istiqamətində növbəti ilin büdcəsində də ciddi artım nəzərə alınıb və ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması növbəti büdcə ilində də öz prioritetliyini saxlayacaq.

Baş Nazir qeyd edib ki, Prezidentin rəhbərliyi altında ortamüddətli perspektivdə, o cümlədən 2021-ci ildə də hökumət qarşısında qoyulan bütün tapşırıqlar vaxtında və bütövlükdə icra olunacaq.

İclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə nazirinin müavini Azər Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxış edərək büdcə layihəsi haqqında fikirlərini bildiriblər.

Sonda Nazirlər Kabineti xüsusi Qərarla "Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və "Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nin bəyənilməsi və layihələrin və "Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi haqqında qərar qəbul edib.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Hər gün bayrağımız yeni bir məntəqədə ucaldılır" - FOTO

"Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü". Sfera.az  xəbər verir ki, bunu ...

Mehriban Əliyeva xalqı təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan ...

TBMM sədri: "ATƏT-in Minsk qrupu Gəncədəki qətliamı görməzdən gəlir"

"Gəncəyə edilən raket hücümü onu göstərir ki, Ermənistan hərbi cinayət törədir”  Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Gən...

İlham Əliyevdən işğaldan azad edilmiş torpaqlarımızla bağlı paylaşım

Prezident İlham Əliyev "Twitter” hesabında işğaldan azad edilmiş torpaqlarımızla bağlı paylaşım edib. Dövlət başçısının paylaşımında deyilir: "Rəşad...

Mustafa Şentop Gəncədədir - FOTOLAR

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncə şəhərinə səfərə gəlib. ...

Mustafa Şentop İlham Əliyevlə görüşü barədə paylaşım etdi - FOTO

Türkiyə Böyük Millət Məclisinin Sədri Müstafa Şentop Prezident İlham Əliyevlə görüşü ilə bağlı "Twitter” hesabında paylaşım edib. "Azərbaycana səfərimiz ç...