Nazir xəstə olan xalq şairini kabinetinə gətirtdi - tənqid olundu - FOTO

Nazir xəstə olan xalq şairini kabinetinə gətirtdi - tənqid olundu - FOTO
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə görkəmli şair, Yazıçılar Birliyinin üzvü Musa Yaqub "Xalq şairi” fəxri adlarına layiq görülüb.

Parkinson xəstəliyindən əziyyət çəkən, Musa Yaqub fəxri adın nişanını və vəsiqəsini almaq üçün Mədəniyyət Nazirliyinə dəvət olunub.

Bu gün Mədəniyyət naziri Əbülfəs Qarayev Xalq şairinə fəxri adın nişanını və vəsiqəsini təqdim edib.

"Xalq şairi” kimi yüksək fəxri ada layiq görüldüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Musa Yaqub ölkə başçısının həmişə yaradıcı insanlara diqqət və qayğı göstərdiyini dedi. Qocaman şair Azərbaycan poeziyasının gələcəyindən nikbin olduğunu vurğuladı. Qeyd etdi ki, bu gün istedadlı gənc yazarlar böyük ənənələri olan Azərbaycan ədəbiyyatını yeni ideyalarla zənginləşdirirlər. Şair gənc qələm sahiblərinin ona olan münasibətindən də razılığını bildirdi.

Nazir Əbülfəs Qarayev sonda bir daha Musa Yaqubu fəxri ad münasibətilə təbrik etdi, ona möhkəm cansağlığı və yeni-yeni əsərlərlə oxucularını sevindirməsini arzuladı. Əbülfəs Qarayev onu diqqətə çatdırdı ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu ilin sonunda şairin yeni kitabı işıq üzü görəcək.

Qeyd edək ki, mütəmadi olaraq ziyalılarımız uzun müddətdir xəstəlikdən əziyyət çəkən xalq şairi Musa Yaqubu İsmayıllı rayonu Buynuz kəndindədki evində ziyarət edirlər. Nazir Əbülfəs Qarayevin Musa Yaqubu bu halında nazirliyə gətizdirməsi sosial şəbəkələrdə hər kəsin tənqidinə səbəb olub

unikal.org

OXŞAR XƏBƏRLƏR

Burda nə var ki? - Ailəsindən 8 namizəd olan bələdiyyə sədri

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə yayılmış məlumatlara əsasən Əmircan bələdiyyəsinin sədri, YAP üzvü Rafael Cəfərov bələdiyyə seçkilərində ailə üzvlərin...

Gürcüstandan maşın gətirmək istəyənlər diqqət - DGK-dən rəsmi AÇIQLAMA

  Son günlər sosial şəbəkələrdə Gürcüstan dövlət nömrə nişanlı avtomobillərin ölkə ərazisində qalma müddəti ilə bağlı dəyişikliklərin edildiyi və sər...

BNA-ni ifşa edən qəbz: Yaxud, daha bir özbaşınalıq...

  Sosial şəbəkələrdə Bakı Nəqliyyat Agentliyini ifşa edən daha bir paylaşım edilib. Facebook istifadəçisi Kamil Piriyevin sözügedən paylaşımı sosial şəbək...

Səlim Müslümovun “Ağsu aşırımı”: sabiq nazir rayonu necə nəzarətdə saxlayıb?

  Sentyabrın 30-da dövlət başçısının  sərəncamı ilə  Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev vəzifəsindən azad edilib. Rayona t...

Siyavuş Novruzov müxalifəti məhərrəmlik təziyyəsinə çağırdı: "QAN VERSİNLƏR..."

Məhərrəmlikdə insanlar özlərinə zəncir vurmaqdansa, qanvermə aksiyasında iştirak etsələr, daha yaxşı olar. Sfera.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan ...

İcra başçısının oğlu Kanadada 2,2 milyona ev alıb (FOTO)

  Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada şirkəti və mülkü üzə çıxıb. Sfera.az...