Nazir: “Təhsil sistemində orta aylıq əməkhaqqı 600 manatı keçib”

Nazir: “Təhsil sistemində orta aylıq əməkhaqqı 600 manatı keçib”
 

"İndiyə qədər 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib".

Sfera.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, həmin müəllimlərin dərs yükü norması 1,5 dəfə, əmək haqları 2 dəfə artırılıb: "Təhsil sistemində əmək haqqının artımı davamlı və sistemli xarakter daşıyır. Bu il iyunun 18-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ümumtəhsil sistemində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqqı növbəti dəfə - 1 sentyabr 2019-cu ildən 20 faiz artırılıb. Bu artım da nəzərə alınmaqla təhsil sistemində orta aylıq əməkhaqqı 600 manatı keçib". Nazir bildirib ki, eyni zamanda ümumtəhsil sistemində çalışan 5000-dən çox müəllimin bu artımdan sonra əmək haqqı 1000 manatdan çox təşkil edib.

OXŞAR XƏBƏRLƏR

“Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb

  Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət” və "ARB Günəş” kanallarında yayımlanan "Abituriyentlər üçün dərs vaxtı”nın iyulun 10-na olan cədvəli...

Tədris ilinin yekununa dair 1700-dən çox müəllimin iştirakı ilə onlayn forum keçirilib

  İyulun 8-də Təhsil Nazirliyi, Milli Məclisin Elm və təhsil komitəsi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə tədris ilinin ...

"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb

  Təhsil Nazirliyi "Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan "Abituriyentlər üçün dərs vaxtı"nın 8 iyul üçün nəzərdə tutulan cədvəlini təqdi...

Baş Nazirdən təhsillə bağlı QƏRAR - CƏDVƏL

  Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tə...

"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb

  Təhsil Nazirliyi "Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan "Abituriyentlər üçün dərs vaxtı"nın 7 iyul üçün nəzərdə tutulan cədvəlini təqdi...

İmtahanların nəticələri elan olunub

 Dövlət İmtahan Mərkəzi tərəfindən 2-3 iyul tarixlərində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən növbəti buraxılış (qəbul) i...