Nazir: “Rusiya Azərbaycanın qeyri-neft məhsullarının idxalında birinci yeri tutur”

Nazir: “Rusiya Azərbaycanın qeyri-neft məhsullarının idxalında birinci yeri tutur”
 

Bu gün Azərbaycan və Rusiya arasında münasibətlər strateji tərəfdaş səviyyəsindədir. İki ölkənin rəhbərləri iqtisadi və siyasi məsələrə böyük və xüsusi önəm verirlər.

Sfera.az "Report” a istinadən bildirir ki,  bunu bu gün Azərbaycan və Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevın Bakıya səfəri zamanı təşkil edilən işgüzar görüşdə Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi dinamik olaraq inkişaf edir: "Rusiya Azərbaycanın əsas iqtisadi-ticari tərəfdaşıdır. Azərbaycan regionda Rusiyanın əsas ticari tərəfdaşı hesab edilir. Rusiyanın regiondakı ticarətinin 50 faizi Azərbaycanın payına düşür. Eyni zamanda, Rusiya Azərbaycanın qeyri-neft məhsullarının idxalında birinci yeri tutur”.

Nazir bildirib ki, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 19% artıb və 2,5 mlrd ABŞ dollarını keçib: "Bu ilin 7 ayında isə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 23% artıb. Bu da olduqca böyük rəqəmlərdir. Azərbaycan və Rusiyanın Sverdlovsk vilayəti ilə ticarət dövriyyəsinin həcmi isə 2018-ci ildə 83% artıb və 100milyon dollardan artıq olub”. 



OXŞAR XƏBƏRLƏR

Hakimlər üçün "yalan dedektoru" - Andrey Şevçenkonun YENİ TƏKLİFİ

Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Şevçenko hakimlərin yalan detektoru vasitəsilə yoxlanılması sistemini tətbiq etmək istəyir.   ...

Rusiya səfiri Almaniya XİN-ə ÇAĞIRILDI

Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az bildirir ki, bu barədə “Bild” nəşri mə...

"Bununla bağlı bizdə yanlış təsəvvür var" – Elm və təhsil naziri

“Məktəb psixoloqları ilə bağlı yanlış təsəvvür var".   Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün "Mək...

Arteta "Arsenal"ın məğlubiyyətini ŞƏRH ETDİ: "14 ildir ki..." 

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandasının Çempionlar Liqasındakı məğlubiyyətini şərh edib.   Sfera.az xəbər verir ki, mütəxəssis k...

Zaxarova Ermənistan-ABŞ-Aİ görüşü barədə: “İrəvandan cavab və təkzib gözləyirik”

“Mətbuatda ABŞ və Avropa İttifaqı (Aİ) ilə “hərbi-siyasi razılaşmalar” haqqında məlumat dərc edildikdən sonra Rusiya Ermənistandan aydın cavab...

MDB-də ən yüksək pensiya yaşı Azərbaycandadır - BAİ

MDB ölkələri arasında ən yüksək pensiya yaşı Azərbaycandadır.  Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Bakı Araşdırmalar İnstitutu (BAİ) açıql...