Nazir qaz və kömürün kəskin bahalaşmasından narazılıq etdi

Nazir qaz və kömürün kəskin bahalaşmasından narazılıq etdi
Səudiyyə Ərəbistanı "OPEC+” razılaşması çərçivəsində neft hasilatındakı artımın daha böyük sürətlə həyata keçirilməsinin əleyhinədir. 

Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının enerji naziri Ədbüləziz Salman Moskvada keçirilən enerji forumunda çıxışı zamanı bildirib. Nazir deyib ki, təbii qaz və kömür bazarlarında kəskin qiymət artımlarının neft bazarlarında da olmaması üçün çox iş görüblər. 

Təbii qaz qiymətlərinin 500 faiz, kömür qiymətlərinin 300 faiz bahalaşması fonunda neft qiymətlərinin 29 faiz yüksəldiyini söyləyən Ədbüləziz Salman hesab edir ki, kömür və qaz bazarı da neft bazarı kimi ixracatçılar tərəfindən tənzimlənməlidir. 

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR