Nazir Putinin nümayəndəsi ilə təhsildən danışdı
22:47 / 24.11.2021
1203
Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi səfir Mixail Şvıdkoy görüşüb.
Sfera.az xəbər verir ki, bu barədə E.Əmrullayev Tviterdəki hesabında bildirib.
"Bu gün Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi səfir Mixail Şvıdkoy ilə görüş keçirdik. Görüş zamanı Azərbaycan və Rusiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edildi”, - deyə nazir qeyd edib.