Nazir Narkoloji Mərkəzin baş direktorunu işdən çıxardı
15:39 / 14.01.2020
2090
Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.
Sfera.az unikal.org-a istinadla xəbər verir ki, Səhiyyə naziri Oqtay Şirəliyev bununla bağlı yanvarın 14-də əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov təyin edilib.
Qeyd edək ki, Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad olunub.