Nazir müavinin qardaşının adı YAP-ın seçki siyahısında
17:05 / 27.12.2019
3285
Hakim Yeni Azərbaycan Partiyasının seçki siyahısı hazırdır. Siyahı tam olaraq açıqlanmasa da YAP-ın etimad göstərdiyi şəxslərin kimliyi ilə bağlı mətbuata müəyyən informasiyalar sızıb.
Sfera.az-a daxil olan həmin informasiyalardan birində isə nazir müavininin qardaşının YAP siyahısı üzrə seçkilərə qatıldığıbildirilir.
Bu şəxs Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyevin qardaşı Emin Hacıyevdir. Onun 43 saylı Sumqayıt III seçki dairəsindən namizəd göstəriləcəyi qətiləşdirilib.
Orxan
Sfera.az