Nazir müavini “aralarında “psix”lər var” dedi, ara qarışdı: Psixoloji testdən keçsinlər

Nazir müavini “aralarında “psix”lər var” dedi, ara qarışdı: Psixoloji testdən keçsinlər
 

 

"Ciddi araşdırmalar nəticəsində psixoloji problemləri olan müəllimlər müəyyənləşməli və belələri pedaqoji fəaliyyətdən uzaqlaşdırılmalıdır”.


 

Sfera.az-a açıqlamasında bu sözləri təhsil nazirinin müavini Firudin Qurbanovun şagirdlərlə yanaşı bəzi müəllimlərin də psixoloji problemlərinin olmasına münasibət bildirərkən təhsil eksperti Məlahət Mürşüdlü deyib:

 

 

 

"Nazir müavininin həmin fikrini ümumi deyilən fikir kimi qəbul edirəm. Amma yüksək səviyyəli məmur bunu deyirsə, deməli məktəblərdə müəllimlər arasında da psixoloji problemləri olanlar vardır. Lazımdırsa, bu məsələ nazir müavini tərəfindən gündəmə gətirilirsə müəllimlərimizin psixoloji testlərdən də keçməsi vacibdir. Yalnız ciddi araşdırmalar nəticəsində psixoloji problemləri olan müəllimlər müəyyənləşdirilməli və belələri pedaqoji fəaliyyətdən uzaqlaşdırılmalıdırlar. Nazirlikdə müəllimlərin psixoloji durumları ilə bağlı faktlar varsa, ciddi araşdırılmalı və o müəllimlər dərhal məktəb fəaliyyətindən kənarlaşdırılmalıdır. Təklif edirəm ki, müəllimlərimiz iki ildə bir dəfə psixoloji testlərdən keçsin”.


 

M. Mürşüdlü onu da vurğuladı ki, bu problem nazirlik tərəfindən yeni ortaya atılıb: "Stress vəziyyətində olan, müəyyən iqtisadi çətinliklərlə üzləşən, ailədə problem yaşayan müəllimlərimiz var. Bu fonda da bir sıra hallarda müəllimin şagirdə, təlimə münasibəti çılğınlıq şəraitində baş verir. Belə hallar var. Ona görə məsələ diqqətdə saxlanılmalıdır. Gələn ildən başlayaraq müəllimlərimiz psixoloji testlərdən də keçməlidirlər”.

 

 

 

Həmsöhbətimizin fikrincə, problemin kökündə həmçinin pedaqogikanın köhnə qayda və metodlarla tədris edilməsi dayanır: "Bu hal yeni yanaşma, yeni üsul tələb edir. Orta məktəblərdə dərs deməyə gələn müəllimlər bu istiqamətdə müəyyən nəzəri və praktiki biliklərə sahib olmalıdırlar”.

 

 

Qeyd edək ki, təhsil nazirinin müavini Firudin Qurbanov media nümayəndələri üçün keçirilən təlimdə şagirdlərlə yanaşı bəzi müəllimlərin də psixologiyasında problemlərin olduğunu etiraf edib: "Etiraf edirik ki, bu gün təhsil sistemində müəyyən problemlər mövcuddur və bunun da obyektiv, subyektiv səbəbləri var. Bəzi şagirdlərin və müəllimlərin psixoloji problemləri var. Ona görə də məsələyə həssaslıqla yanaşırıq”

 

ELçin


OXŞAR XƏBƏRLƏR

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...