Nazir İran səfiri ilə Xudafərini müzakirə etdi

Nazir İran səfiri ilə Xudafərini müzakirə etdi

"Azərbaycanın İranla həmsərhəd bölgəsinin, xüsusilə Azərbaycanla İranı birləşdirən Xüdafərin körpüsünün erməni işğalından azad edilməsi iki ölkənin əlaqələrinin və ümumən regionun hərtərəfli inkişafına yeni təkan verəcək”.

Sfera.az xəbər verir ki, bu fikri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə keçirdiyi görüşdə vurğulayıb.

Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxındır işğalda saxladığını və ölkəmizə qarşı ardıcıl hərbi təxribatlar törətdiyini qeyd edən S.Babayev sentyabrın 27-dən başlanan növbəti erməni təxribatları barədə məlumat verib. Azərbaycanın hətta cəbhədən uzaq yaşayış məntəqələrinin, mülki əhalisinin erməni terroruna, raket atəşlərinə məruz qaldığını, nəticədə mülki insanların həlak olduğu və yaralandığını, mülki infrastruktura ciddi ziyan dəydiyini diqqətə çatdırıb.

 

Nazir bildirib ki, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları beynəlxalq hüquq və ədalətə söykənən haqq savaşıdır və ölkəmizin dünya birliyi tərəfindən tanınmış öz ərazilərində aparılır.

Silahlı Qüvvələrimizin əldə etdiyi uğurları diqqətə çatdıran S.Babayev vurğulayıb ki, hələ 2016-cı ilin fevralında Prezident İlham Əliyevin İrana səfəri çərçivəsində Azərbaycan və İran  Hökumətləri arasında Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının, su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb. Xudafərin körpüsünün və ətraf ərazilərin işğaldan azad edilməsi bu Sazişin bölgənin su və enerji təchizatında müstəsna rol oynamasına imkan yaradacaq.

S.A.Musəvi İranla Azərbaycanın dərin tarixi köklərə malik əlaqələrinin daim genişləndiyini bildirib, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyib. O, əmək, məşğulluq, sosial müdafə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

OXŞAR XƏBƏRLƏR

Paşinyan iqamətgahını belə qorudu – VİDEO

İrəvanda II Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Baş nazir Nikol Paşinyanın istefa tələbi ilə başlayan aksiyalar səngimək bilmir. Sfera.az xəbər v...

Ermənilər Ağdamı tərk edərkən məzarları dağıdıb... - FOTO

Erməni işğalçılarının təhvil verməli olduqları yaşayış məskənlərimizə ziyan vurmasını əks etdirən faktlardan daha biri sosial şəbəkələrdə fotolar şəklində yayıl...

Bakıda ata və oğul yol qəzasında xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Biləcəri qəsəbəsində ik...

Putin vaksinlə bağlı əmr verdi

Rusiya Prezidenti Vladimir Putin "Sputnik V" adlı koronavirus vaksininin ölkədə istifadəsi ilə bağlı əmr verib. Sfera.az xəbər verir ki, bu barədə Rusiya ...

Türkiyədə bu gün COVID-19-dan 196 nəfər ödü

Türkiyədə COVID-19-dan gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb, son sutka ərzində 196 nəfər ölüb. Sfera.az-ın xəbərinə görə, bunu Türkiyəni...

İtaliyanın Azərbaycandakı səfiri Bərdəyə səfər etdi - FOTO

İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari Bərdə şəhərinə səfər edib. Sfera.az-ın xəbərinə görə, bu barədə səfirliyin rəsmi "Facebook" səhifəsində m...