Nazir Etibar Bağırova vəzifə verdi

Nazir Etibar Bağırova vəzifə verdi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinə yeni sədr müavini təyin olunub. 

Sfera.az xəbər verir ki, Rəşad Nəbiyevin müvafiq əmri ilə Etibar Bağırov Dövlət Dəniz və Liman Agentliyi sədrinin müavini vəzifəsinə təyin edilib.

Etibar Bağırov bu təyinata qədər  Agentliyin maliyyə şöbəsinin müdiri olub.

Qeyd edək ki, bununla da Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədr müavinlərinin sayı ikiyə çatıb. Bunda əvvəl Renat Rzayev də müavin postunu tuturdu. Artıq hər iki şəxs agentliyin sədr müavini vəzifəsini icra etməyə başlayıb.
 
(qaynarinfo)

OXŞAR XƏBƏRLƏR