Nazir bu addımı ilə gündəmə gəldi: \"Məni evimə qədər ötürdü\"

Nazir bu addımı ilə gündəmə gəldi: \
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank son jesti ilə gündəmə gəlib.
 
Sfera.az bildirir ki, nazir işgüzar görüşdən evinə qayıdarkən yol qəzasının şahidi olub. 3 avtomobilin iştirakı ilə yaranan qəzada müxbir Fırat Kozok da olub.
 
Mustafa Varank jurnalisti tanıyıb və ona kömək təklif edərək avtomobilinə dəvət edib. Nazir Kozoku evinə kimi ötürdükdən sonra yoluna davam edib. 

Ardınca müxbir hadisə ilə bağlı sosial media hesabından paylaşım edib. Nazirlə çəkdirdiyi fotonu izləyiciləri ilə bölüşən Kozok, "Axşam bir qəza keçirdim. Yol kənarında gözləyərkən nazir istifadə etdiyi avtomobillə yaxınlaşdı, məni götürüb evimə qədər ötürdü. Səmimiyyət üçün təşəkkürlər”, - deyə əlavə edib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR