Nazir balaları əsgərliyi harada çəkirlər?

Nazir balaları əsgərliyi harada çəkirlər?

Müdafiə naziri Zakir Həsənovun nazir övladlarını da orduya çağırması barədə general-leytenant 

Yaşar Aydəmirovun fikirləri gündəmin əsas mövzularından birinə çevrilib.

Sfera.az musavat.com-a istinadən bildirir ki, indiyə qədər iri ranqlı dövlət məmurlarının, eləcə də 

imkanlı şəxslərin övladlarının orduya getməməsi, yaxud adlarını yalnız hərbi hissələrdən birinə

 yazdırmaları, əvəzində kasıb balalarının orduya aparılması kimi cəmiyyətdə gəzən fikirlər daim

 gündəmdə olub. Bunun fonunda nazir övladları ilə bağlı yayılan xəbərlər cəmiyyətdə qığılcım oyadıb.

Çoxları hesab edirlər ki, bu amil hazırda dünya ölkələri arasında 50-ci yerdə olan Azərbaycan 

ordusunun müharibə əhval-ruhiyyəsini daha da artıracaq, nəticədə torpaqlarımızın azad edilməsi

 istiqamətində güclü ordu formalaşacaq. 

Hər kəsin bərabərhüquqlu olduğu yerdə inkişaf daha yüksək olur. İri ranqlı məmurlardan hansının 

övladının orduya çağırılması hələlik ictimaiyyətə açıqlanmasa da, buna inanmaq mümkündür. 

Çünki Zakir Həsənov nazir postuna gəldiyi gündən Azərbaycan ordusunun əvvəlkindən qat-qat

 irəliyə getdiyi açıq şəkildə görünür.

Müdafiə Nazirliyinin yayılan xəbərlərə münasibətini öyrənməyə çalışdıq. Qurumun mətbuat 

xidmətinin rəhbəri Vaqif Dərgahlı orduda nazir övladlarının qulluq edib-etməmələrini Səfərbərlik

 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən soruşmağımızı uyğun bildi. Həmin qurumdan

 isə zənglərimizə cavab verilmədi.

Politoloq Qabil Hüseynli yayılan xəbərlərin həqiqəti əks etdirdiyini söylədi: "Zakir Həsənov nazir

 gələndən bəri orduda böyük islahatlar həyata keçirilir. Ordunun maddi, texniki təchizatı ölçüyəgəlməz 

dərəcədə yüksəlib. Döyüş hazırlığı və ruhu xeyli artıb. Bu gün Azərbaycan ordusu dünya orduları 

arasında 50-ci yerdədir. Çox böyük uğurdur. ABŞ-ın "Stratfor" Araşdırmalar Mərkəzi qeyd edir ki,

 Azərbaycan ordusu hissə-hissə Dağlıq Qarabağı geri qaytarır. Yaxınlarda Qazaxda ən böyük yüksəklik 

ordumuz tərəfindən ələ keçirildi. Həmin yüksəklikdən Qarabağa, Ermənistan ərazisinə nəzarət etmək

 mümkündür. Təmas xəttindəki qarşıdurmalarda daim Azərbaycan ordusu üstünlüyü əldə saxlayır. 

Erməni postları da kilometrlərlə geri çəkilmək məcburiyyətində qalırlar.

Bundan arxayınlaşmaq olmaz. Məmur övladlarının orduda xidmətə cəlb olunması həqiqətə çox yaxındır.

 Çünki onların orduya çağırılması Zakir Həsənov nazir gələndən sonra həyata keçirilməyə başlayıb. 

Ola bilsin ki, onlar Murovdağ və digər təmas xətlərində xidmət keçməsinlər. Ən azından onların

 Bakıda, Sərhəd Qoşunlarında xidmət keçməsi barədə xəbərlər var. Çətin vəziyyətdə həmin şəxslərin

 özləri üçün imtiyazlı vəziyyət yaratmaq cəhdləri danılmazdır. 

Amma bunlara baxmayaraq, ümumi qaydalara əməl edirlər. Ona görə də orduda əhval-ruhiyyəni 

artıran amillərdən biri məhz budur. İnsanlar hərbidə ayrı-seçkiliyin olmadığını, nazir övladlarının da 

hərbi xidmət keçdiyini gördükcə, onlarda orduya ciddi inam yaranır. Əsgərlər də daha yüksək 

səviyyədə döyüş hazırlığını və digər işləri həyata keçirirlər. Azərbaycan ordusunun ən böyük

uğurlarından biri odur ki, ümumxalq ordusunda heç kəsin yüksək imtiyazı yoxdur".


OXŞAR XƏBƏRLƏR

Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi İsrailin İranın Dəməşqdəki diplomatik missiyasına hücumundan sonra Yaxın Şərqdə vəziyyətin gərginləş...

Bu makiyaj vasitələri qocalmanı sürətləndirir - Həkimdən ÇAĞIRIŞ 

Yeniyetməlik dövrü fiziki görünüş və imicin əhəmiyyət kəsb etdiyi dövrlərdən biridir. Bu dövrdə yeniyetmələr ətrafdakılar tərəfindən bəyənilmək və diqqət görmək...

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır.   Sfera.az “Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen...

Şəhid anası vəfat etdi - FOTO

2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olan Mais Məhərrəmlinin anası dünyasını dəyişib.   Sfera.az qafqazin...

Xalq artistinə AĞIR İTKİ - FOTO

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Yasin Qarayevə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, aktyorun qardaşı Çingiz dünyasını dəyi...

"Ukrayna NATO-ya üzv olmamalıdır" - Alyans üzvü olan daha bir dövlət ETİRAZ ETDİ

“Slovakiya Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmasına razı deyil”.   Sfera.az “TASS”a istinadən xə...