Nazim Süleymanov: “AFFA şərait yaratmalıdır ki, fəaliyyət göstərək”

Nazim Süleymanov: “AFFA   şərait yaratmalıdır ki, fəaliyyət göstərək”
 

"Öncə təsis qrupu yaratmışdıq. Bu qrupla fəaliyyət göstərirdik”. 

Sfera.az.-ın APA-nın məlumatına görə, bunu AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqının sədri Nazim Süleymanov deyib.

Qurumun bu gün keçirilən təsis konfransında ittifaqın rəhbəri seçilin futbol veteranı tədbirdən sonra jurnalistlərə açıqlama verib. O, təşkilatın adının öncədən planlaşdırıldığından fərqli olmasına aydınlıq gətirib: "AFFA-da baş katib Elxan Məmmədovla görüşdük. Görüş zamanı bilindi ki, assosiasiyada həmkarlar ittifaqı yoxdur. Biz bölgələrdə olduq, futbol ictimaiyyətinin nümayəndələri ilə görüşdük. Onların problemləri ilə tanış olandan sonra fikirləşdik ki, federasiyada da belə ittifaq yoxdursa, təşkilatın adı Azad Azərbaycan Futbol İctimaiyyətinin Həmkarlar İttifaqı deyil, AFFA Həmkarlar İttifaqı olsun. Bu gün də bu ittifaqı təsis etdik”.

 

N.Süleymanov bildirib ki, təşkilatın yaranması üçün AFFA-nın icazə və ya razılığı alınmasına ehtiyac olmayıb: "Həmkarlar təşkilatı heç kimdən icazə almır”.

Təşkilatın sədri tədbirə dəvət almayan bəzi veteranların bundan narazılığına, yeni ittifaqın yaranmasından narahat olmasına da münasibət bildirib: "Həmkarlar ittifaqı və digər təşkilatların fərqi var, yoxsa eynidir? Əgər bizim təşkilatlar fərqlidirsə, bir-birimizə dəstək olmalıyıq. Mən başqa təşkilatlar barədə danışmaq istəmirəm. Biz AFFA Həmkarlar İttifaqını təsis etdik. Bu daxili iclasdır. Kim ittifaqın üzvüdürsə, onlar da iştirak edirdilər. Biz ancaq AFFA-ya müraciət edib, dəvət göndərdik. Kimi dəvət etməli idik ki? Heç kimi çağırmamalıyıq. Həmkarlar İttifaqına dəvət göndərmişik”.

Tanınmış futbolçu və məşqçi rəhbəri olduğu ittifaqın fəaliyyətinə də toxunub: "Məqsədimiz genişlənmək, bölgələrdə komitələr yaratmaq, sıralarımızı böyütməkdir. Bu gün 150-dən çox üzvümüz var. Ona görə çalışırıq ki, Azərbaycan futboluna xidmət edək. Azərbaycan futbolundakı bəzi haqsızlıqları aradan qaldıraq. Futbolda çalışanların haqlarını qoruyan bir təşkilat olmalıdır ki, onların hüquqlarını qorusun. AFFA-ya müraciət edəcəyik ki, bizə yer versinlər. Biz qurumun nəzdindəyik. AFFA bizə məhdudiyyət yox, şərait yaratmalıdır ki, fəaliyyət göstərək. Biz ictimai təşkilatıq. Bu, hamının təşkilatıdır. Çalışaq Azərbaycan futboluna xidmət göstərək”.

N.Süleymanov qarşıdakı planlar barədə də danışıb: "Bölgələrdə görüşlər keçirilib və yenə təşkil olunacaq. Bu gün ittifaqı təsis etdik. Bölgələrdə komitələrimizi təsis edəcəyik. Onlarda da sədr seçəcəyik və ittifaqa birləşdirəcəyik. Mən "Pro” kateqoriyalı məşqçiyəm. Futbol oynamışam, bitirəndən sonra məşqçi kimi çalışmışam. Sabah dəvət gələrsə, məşqçi kimi də işləyərəm. Funksioner kimi çalışmağıma gəlincə, bu gün zərurətdir ki, təşkilat yaransın. Futbol ictimaiyyətindəkilərin hüquqlarını qorumaq üçün vacib idi”.

 

OXŞAR XƏBƏRLƏR

Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyada işgüzar səfərdə olub.   Sfera.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Azərb...

Həyatın yaranması üçün vacib olan üzvi molekullar əvvəlcə kosmosda yaranmış ola bilər - ARAŞDIRMA

Fransa və Almaniya alimləri həyatın yaranması üçün vacib olan üzvi molekulların əvvəlcə kosmosda yaranmış ola biləcəyinə dair yeni sübutlar əldə ediblər.  ...

Azərbaycan lideri: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt bi...

Ən kiçik ev təsərrüfatları Naxçıvan və Bakıdadır - RƏQƏMLƏR

Azərbaycanda ən kiçik ev təsərrüfatları Naxçıvan Muxtar Respublikası və Bakıdadır.  Sfera.az  2023-cü ilin yekunlarına əsasən xəbər verir ki, bir...

Andjey Duda Rusiyanın Kalininqradda nüvə silahı yerləşdirdiyini İDDİA ETDİ

Polşa Prezidenti Andjey Duda Rusiya Federasiyasını Kalininqrad vilayətində nüvə silahı yerləşdirməkdə ittiham edib.   Sfera.az bildirir ki, bunu...

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.   Sfera.az xəbər veri...