Nazilə Səfərli ölkəni tərk etdi - SƏBƏB

Nazilə Səfərli ölkəni tərk etdi - SƏBƏB
Xarici İşlər Nazirliyi tanınmış şairə Nazilə Səfərlinin müraciətinə müsbət cavab verib.

Sfera.az xəbər verir ki, bu barədə N.Səfərli özü məlumat verib. O, qeyd edib ki, artıq atası ilə Gürcüstana yola düşüb:

"Əmim Məmmədov Binəli Allahverən oğlu Rusiyada rəhmətə gedib. Atam Məmmədov Bəhlul Allahverən oğlu qardaşının dəfn mərasimində iştirak etmək üçün Gürcüstana getməliydi. Pandemiyaya görə, Azərbaycanı tərk edə bilmirdi. Atamın dəfndə iştirak etməyə getməsi üçün Xarici İşlər naziri Ceyhun Bayramova müraciət etdim.

Müraciətimə müsbət cavab verildi. Atama və mənə ölkəni tərk etmək üçün icazə verildi. Bu həssas məqamda nazirliyin bu qərarına görə, XİN rəhbərliyinə və Gürcüstanın Azərbaycandakı səfirliyinə minnətdarlığımı bildirirəm. Artıq atamla mən yas mərasimində iştirak üçün yola çıxmışıq". (Unikal.org)

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov çexiyalı həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbay...

"İran bu tip davranışlardan çəkinməli, düz yola qayıtmalıdır" - Qüdrət Həsənquliyev

“Biz 1991-ci ilin sərhədlərində suverenliyimizi bərpa etdik. Buna görə hakim partiyaya təşəkkür edirəm”.   Sfera.az xəbər verir ki, bunu ...

İlham Əliyev ukraynalı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfl...

Ermənistanda minatəmizləmə işləri ilə əlaqədar Bağanis-Voskepar yolu BAĞLANDI

Ermənistan polisi minatəmizləmə işlərini aparmaq və vətəndaşların bu ərazilərə daxil olmasına mane olmaq üçün Bağanis (Bağanis Ayrım - red.) - Voskepar (Aşağı Ə...

"Qərb danışıqlara nə qədər az müdaxilə etsə, Cənubi Qafqaza sülh o qədər tez gələcək"

“Məlum olduğu kimi, Azərbaycanın və Ermənistanın delimitasiya komissiyalarının aprelin 19-da keçirilmiş növbəti görüşündə sərhəd delimitasiyası prosesinin...

“Yeni strateji dövrdə Yelo innovativ bank mövqeyini gücləndirəcək” - MÜSAHİBƏ

Emil müəllim, xoş gördük. Gəlin 2023-cü ilə qısa baxış edək. Ötən ili həm Bankınız, həm də maliyyə sektoru üçün necə dəyərləndirirsiniz?   İlk öncə müs...