Naxçıvanda mağazadan oğurluq edildi

Naxçıvanda mağazadan oğurluq edildi
 

Naxçıvanda mağazada oğurluq hadisəsi baş verib.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Naxçıvan Muxtar Respublikasının DİN əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 18-dən 20-dək olan müddətdə Naxçıvan şəhəri ərazisindəki mağazaların birindən 2 019 manat pul və 300 manat dəyərində danışıq kartları oğurlamaqda şübhəli bilinən şəhər sakini C.Həsənov saxlanılıb.


OXŞAR XƏBƏRLƏR