Naxçıvanda 7450 nəfər karantinə alınıb - 106 nəfərdə virus aşkarlanıb - RƏSMİ

Naxçıvanda 7450 nəfər karantinə alınıb - 106 nəfərdə virus aşkarlanıb - RƏSMİ
 

"Naxçıvan Muxtar Respublikasında ümumilikdə 7450 nəfər karantinə alınıb. Ötən dövrdə 7033 nəfərin karantin müddəti bitib”.

Sfera.az APA-ya istinadla xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Zeynəb Mustafayeva bildirib.

Onun sözlərinə görə, hazırda 417 nəfər karantində saxlanılır:

"Virusun laborator təyini üçün Muxtar Respublikada Polimer Zəncirvari Reaksiya laboratoriyası yaradılıb, ötən dövrdə 2506 müayinə aparılıb, 106 nəfərdə virus aşkarlanıb, onlardan 2-si vəfat edib, 99-u müsbət reaksiyalı tam sağalma ilə evə yazılıb. Hazırda 5 xəstənin müalicəsi davam etdirilir”.

Nazir müavininin sözlərinə görə, yaradılan şəraitin və görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, pandemiya elan olunan virusun Muxtar Respublikada yayılması nəzarətə götürülüb.

Z. Mustafayeva Muxtar Respublikanın səhiyyə müəssisələrində görülən işlər, profilaktik tədbirlər barədə geniş məlumat verib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamlarına əsasən profilaktik tədbirlərdə iştirak edən dövlət tibb müəssisələrinin işçiləri və digər qurumların əməkdaşları aylıq vəzifə maaşının 3-5 misli məbləğində mükafatlandırılıblar.


OXŞAR XƏBƏRLƏR

Aprelin 16-sı Ümumdünya Səs Günüdür

Səs gününün qeyd olunmasına 1998-ci ildə Braziliya Lorinqologia və Səs Cəmiyyətinin təşəbbüsü ilə başlanılıb.   Sfera.az xəbər verir ki, 2002-ci ildə...

10 martda imtahan vermiş şagirdlərin NƏZƏRİNƏ! - Nəticələr AÇIQLANDI

10 martda keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. Sfera az-a Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak edən 11-ci ...

Kopenhagendə tarixi bina yanır - VİDEO

Danimarkanın paytaxtı Kopenhagendə ən məşhur tikililərdən biri hesab olunan keçmiş fond birjasının binasında güclü yanğın baş verib.   Sfera.az xəbər...

Azərbaycanda insan hüquqlarının qorunması beynəlxalq tələblərə uyğunlaşdırılır

Azərbaycan dövlətinin ali məqsədi vətəndaşlarının insan hüquq və azadlıqlarının təmin edilməsidir.  Sfera.az xatırladır ki, dövlət müstəqilliyinin bər...

Bu klublar Qurban Qurbanovla MARAQLANIR: "Mütəxəssislə təmas olub, yaxın günlərdə..."

Bu mövsüm Avropa Liqasındakı uğurlu çıxış "Qarabağ"ın diqqət mərkəzinə düşməsinə səbəb olub.   Sfera.az Offsideplus.az-a istinadən xəbər ve...

Beynəlxalq axtarışda olan şəxslər Azərbaycana ekstradisiya EDİLDİ

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib.   Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat ver...