Naxçıvan Qarnizonu qoşunlarında növbəti təlimə start verilib
15:12 / 09.09.2019
781
Naxçıvan Qarnizonu qoşunlarında ərazidə ikitərəfli üçpilləli komanda-qərargah təlimi başlayıb.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Sfera.az -a verilən məlumata görə, təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün praktiki fəaliyyətlərə cəlb edilmiş birləşmə və hissələr təlim-döyüş həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb. "Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən keçirilən komanda-qərargah təlimi sentyabrın 14-dək davam edəcək.