Navalnının həbsi rublu necə ucuzlaşdırdı? – Rus valyutası yenidən \"qırmızı zona\"dadır

Navalnının həbsi rublu necə ucuzlaşdırdı? – Rus valyutası yenidən \
İlin sonunda bir az möhlət alaraq "sabitlik adasında" dincələn rubl, yenidən özünü yaxşı hiss etmir. "Navalnı + Dövlət Departamentinin bəyanatları+ sanksiyaların gözlənilməsi" – məhz bu "resept” rublun sabitliyini kəskin şəkildə itirməsinə səbəb olub.

Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yanvarın 21-də 1 dollar 73 rubl olduğu halda, hazırda 76 rubldan yüksəkdir və çox guman ki, bu göstərici yenə dəyişəcək.
 
Rublun ucuzlaşma səbəblərindən biri də rubl aktivləri ilə bağlı problemlərdir. Belə ki, yanvar ayının əvvəllərində xarici banklar (təxminən 3,5 milyard ABŞ dolları məbləğində) və törəmə şirkətlər tərəfindən sürətlə satın alınsa da, ayın sonunda səhmdarların əksəriyyəti "rubldan üz döndərə” bilər.

Məsələ bundadır ki, Navalnının həbsi və sonrakı sanksiyalarla əlaqəli risklər birbaşa rublun investisiya cəlbediciliyinə təsir edir: xaricdə risk etməkdən çəkinirlər.
 
ABŞ Dövlət Departamenti vəziyyəti daha da kəskinləşdirir. Oradan Navalnının həbsindən "dərindən narahat olduqlarını" və artıq "cavab tədbirləri" barədə düşündüklərini bəyan ediblər ki, bu da rublun məzənnəsinə təsirsiz ötüşməyib.
 
Mənbə: pravda.ru
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR