Navalnı uğrunda Ümumrusiya aksiyalarından VİDEOLAR

Navalnı uğrunda Ümumrusiya aksiyalarından VİDEOLAR
Xabarovskda müxalif siyasətçinin müdafiəsi uğrunda Ümumrusiya aksiyası çərçivəsində Aleksey Navalnının həbsdən azad edilməsi tələb edilib.

Sfera.az xəbər verir ki, Xabarovsk sakinləri ənənəvi olaraq Lenin meydanına toplaşaraq küçələrdə hərəkətə başlayıblar.

Navalnının komandasının verdiyi məlumata görə, etirazçılar "Rədd olsun çar!" şüarı səsləndiriblər.  

Etirazçılara qarşı əraziyə OMON cəlb olunub. Çevik polislərin Navalnının müdafiəçilərinə dəyənəklərlə hücum etmələrinin video görüntüləri "Agit Rossiya” teleqram kanalı tərəfindən yayımlanıb. Azı 10 nəfərin saxlanıldığı barədə məlumatlar var.

Navalnını dəstəkləyən mitinqlər Komsomolsk-Amur, Çita, Maqadan, Yujno-Saxalinsk və Vladivostokda da keçirilib. 


OXŞAR XƏBƏRLƏR