NATO-nun mənzil-qərargahında Xocalı soyqırımı anıldı - FOTO

NATO-nun mənzil-qərargahında Xocalı soyqırımı anıldı - FOTO
Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi tərəfindən NATO-nun mənzil-qərargahında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Nümayəndəlikdən Sfera.az-a verilən xəbərə görə, tədbirdə NATO yanında akkreditə olunan diplomatik nümayəndəliklərin üzvləri tədbirdə iştirak ediblər. Nümayəndəliyin başçısı Qaya Məmmədov Azərbaycan Respublikasının 1991-ci ildə müstəqillik əldə etməsindən sonra Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və etnik təmizləmə siyasəti haqqında məlumat verdi. O, 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Ermənistan ordusu tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş qırğının geniş miqyaslı etnik təmizləmə həyata keçirmək üçün düşünülmüş soyqırımı aktı olduğunu bildirib.

O, Vətən Müharibəsi nəticəsində Azərbaycan ordusunun işğal olmuş əraziləri azad etdiyini və bununla da regionda sülh və birgə yaşayış üçün imkanlar yarandığını qeyd edib. Eyni zamanda, azərbaycanlılara qarşı törədilmiş soyqırımı və müharibə cinayətlərinin günahkarlarının məsuliyyətə cəlb olunmasının sülhün bərqərar olunması üçün ön şərtlərdən olduğunu vurğulayıb. 

Tədbirdə çıxış edən Türkiyə Respublikasının NATO-dakı daimi nümayəndəsi Basat Öztürk, 30 il Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqlarının azad edilməsini Azərbaycanın böyük uğuru və regionun rifahı üçün əlverişli imkan olduğunu ifadə edib. B. Öztürk Türkiyənın Xocalı faciəsi və Vətən Müharibəsində həyatlarını itirənləri unutmayacağını, region ölkələrinin iştirakı ilə bölgədə sülh və sabitliyin əldə olunması istiqamətində səy göstərəcəklərini bildirib. 

Tədbir iştirakçıları sonda Xocalıda həyatlarını itirmiş günahsız insanların əziz xatirəsini ehtiramla yad ediblər. 



OXŞAR XƏBƏRLƏR

"Mən itirdikcə qazandım" - Oksana

"İnsan itirdikcə qazanır... Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona... Ü...

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.    Sfera.az-ın məlumatına görə, hadisə bu...

Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"yə qalib gələrək finala yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, yarımfinalın cavab matçında "Qarabağ" "Ne...

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...