No Image
No Image

NATO-nun mənzil-qərargahında Xocalı soyqırımı anıldı - FOTO

NATO-nun mənzil-qərargahında Xocalı soyqırımı anıldı - FOTO
Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi tərəfindən NATO-nun mənzil-qərargahında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Nümayəndəlikdən Sfera.az-a verilən xəbərə görə, tədbirdə NATO yanında akkreditə olunan diplomatik nümayəndəliklərin üzvləri tədbirdə iştirak ediblər. Nümayəndəliyin başçısı Qaya Məmmədov Azərbaycan Respublikasının 1991-ci ildə müstəqillik əldə etməsindən sonra Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və etnik təmizləmə siyasəti haqqında məlumat verdi. O, 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Ermənistan ordusu tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş qırğının geniş miqyaslı etnik təmizləmə həyata keçirmək üçün düşünülmüş soyqırımı aktı olduğunu bildirib.

O, Vətən Müharibəsi nəticəsində Azərbaycan ordusunun işğal olmuş əraziləri azad etdiyini və bununla da regionda sülh və birgə yaşayış üçün imkanlar yarandığını qeyd edib. Eyni zamanda, azərbaycanlılara qarşı törədilmiş soyqırımı və müharibə cinayətlərinin günahkarlarının məsuliyyətə cəlb olunmasının sülhün bərqərar olunması üçün ön şərtlərdən olduğunu vurğulayıb. 

Tədbirdə çıxış edən Türkiyə Respublikasının NATO-dakı daimi nümayəndəsi Basat Öztürk, 30 il Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqlarının azad edilməsini Azərbaycanın böyük uğuru və regionun rifahı üçün əlverişli imkan olduğunu ifadə edib. B. Öztürk Türkiyənın Xocalı faciəsi və Vətən Müharibəsində həyatlarını itirənləri unutmayacağını, region ölkələrinin iştirakı ilə bölgədə sülh və sabitliyin əldə olunması istiqamətində səy göstərəcəklərini bildirib. 

Tədbir iştirakçıları sonda Xocalıda həyatlarını itirmiş günahsız insanların əziz xatirəsini ehtiramla yad ediblər. 



Turan Bank

OXŞAR XƏBƏRLƏR

Mitxun Çakraborti zibil yeşiyindən bu uşağı tapmışdı, İndi ona heyran qalacaqsınız.-Fotolar

Siz bilirdiniz ki, məşhur aktyor övladığa uşaq götürüb?! Övlad — ən gözəl və əziz hədiyyədir, hansı ki, bizim həyatımızın mənasıdır. Bəzən isə bu körpələri tal...

Şahzadə Filiplə vida mərasimi keçirilir - FOTO

Vindzor qəsrində Britaniya kraliçası II Elizavetanın həyat yoldaşı, Edinburq hersoqu Filiplə dəfn mərasimi başlayıb. Sfera.az xəbər verir ki, bu barədə "D...

Adnan Oktar həbsxanada tanınmaz hala düşüb - FOTO

Mütəşəkkil cinayət təşkilatı yaratdığına görə həbs olunan Adnan Oktarın yeni imici diqqət çəkib.   Sfera.az bildirir ki, televiziya proqramında "kedici...

Kraliçanın həyat yoldaşı II Filip vəfat etdi – FOTO

İngiltərə kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq hersoqu II Filip dünyasını dəyişib.     Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, 9...

Ukrayna prezidenti Donbasa getdi - FOTOLAR

Ukrayna Prezidenti Volodımır Zelenski hərbi əməliyyatlar getdiyi Donbas bölgəsinə işgüzar səfər edib. Sfera.az Ukrayna prezidentinin saytına istinadən xəb...

Türkiyədə hərbi təyyarə qəzaya uğradı - Pilot həlak oldu + FOTO

Türkiyənin Konya vilayətində hərbi təlim təyyarəsi qəzaya uğrayıb. Sfera.az-ın məlumatına görə, qəza nəticəsində təyyarənin pilotu həlak olub. Hadis...