NATO bu iki ölkəni alyansa üzv qəbul edə bilər

NATO bu iki ölkəni  alyansa üzv qəbul edə bilər
"İsveç və Finlandiya NATO-ya qoşulmaq istəsə, bu proses çox tez həyata keçirilə bilər”.

Sfera.az  TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

"İsveç və Finlandiya bir çox aspektlərdə NATO-ya çox yaxındır, bu səbəbdən onlar NATO-ya qoşulmaq istəsə, bu proses çox tez həyata keçirilə bilər. Bunun üçün İsveç və Finlandiyanın siyasi qərarı, habelə NATO-ya üzv 30 ölkənin siyasi qərarı olmalıdır”, - o deyib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR