Natiq Cəfərli: O Azərbaycanda media və QHT sistemini bərbad hala salan adamlardandır

Natiq Cəfərli: O Azərbaycanda media və QHT sistemini bərbad hala salan adamlardandır

Əli Həsənov uzun illər Azərbaycanda media və qeyri-hökumət təşkilatlarında bərbad vəziyyətin yaranmasında rolu olan şəxslərdəndir


Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun FETÖ ilə əlaqədə ittiham edilməsi və onun həbs edilə biləcəyi barədə Türkiyə mediasındakı yazılara münasibət bildirərkən ReAL-ın icra katibi Natiq Cəfərli deyib:

 

"Bu ittihamlar ciddidir. Belə bir ittihamlar səslənibsə, sübutu da olunmalıdır. Sübut olunsa, təbii ki, bununla bağlı müəyyən hüquqi prosedurlar da həyata keçəcək. Əli Həsənov uzun illər Azərbaycanda kifayət qədər yüksək vəzifə tutaraq, siyasət səhnəsində, media və qeyri-hökumət təşkilatlarında bərbad vəziyyətin yaranmasında rolu olan şəxslərdəndir. Bu məsələ araşdırılmalıdır. Sadaladığım sahələrdən onun yaratdığı köklər təmizlənməlidir. FETÖ ilə əlaqəsi varsa, gec-tez üzə çıxacaq və hüquq çərçivəsində öz cəzasını ala bilər.


Elçin

Sfera.az

 



OXŞAR XƏBƏRLƏR