“National Geographic”in Azərbaycanla bağlı səhvi aradan qaldırıldı

“National Geographic”in Azərbaycanla bağlı səhvi aradan qaldırıldı

Dünyaca məşhur elm və təhsil üzrə qeyri-kommersiya təşkilatlarından olan "National Geographic” Cəmiyyətinin dərc etdiyi və uşaqların məlumatlandırılması məqsədini daşıyan "National Geographic Kids” jurnalının internet səhifəsində ölkəmizlə bağlı təqdim edilən məlumatda Azərbaycan xəritəsində ciddi təhrifə yol verildiyi və ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin fərqli rəngdə təsvir olunduğu müəyyən edilib.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) mətbuat xidmətindən məlumat verilib.

Bununla əlaqədar nazirlik və Azərbaycanın ABŞ-dakı səfirliyi ilə birgə operativ tədbirlər görüb. Nəticədə, ölkəmizin xəritəsinə münasibətdə yol verilmiş təhrifin aradan qaldırılmasına nail olunub.

NRYTN və Azərbaycanın ABŞ-dakı səfirliyinin operativ müdaxiləsi nəticəsində adıçəkilən jurnalın internet səhifəsində respublikamızın xəritəsi artıq dəqiq və ərazi bütövlüyü qorunmaqla təsvir edilib.

Bu link vasitəsilə Azərbaycan xəritəsi və müvafiq informasiya ilə tanış olmaq mümkündür.


OXŞAR XƏBƏRLƏR

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.   Maraqlıdır, hansı ölkən...

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir” - VİDEO

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...

"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov

“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.   Sfera.az “TASS”a istinadən xəbər verir k...