Natavan illərdir küsülü olduğu Divaya əl uzatdı: \"Bir şərtim var...\"

Natavan illərdir küsülü olduğu Divaya əl uzatdı: \
Xalq artisti Aygün Kazımova ilə illərdir küsülü olduğu müğənni Natavan Həbibi barışacaqmı?

BiG.AZ xəbər verir ki, N.Həbibi ilə Aygün Kazımova arasında buzlar əriməyə başlayır.

N.Həbibi "ATV maqazin onlarla" verilişində səmimi barışığa hazır olduğunu dilə gətirib:

"İstəyirəm mehribançılıq olsun. Səmimiyət olsun, bir şərtim var: bu barışıq səmimi və istəkdən olmalıdır, sənət üçün oynanılmamalıdır. Yaxşı münasibətin tərəfdarıyam. Əgər səmimiyyət olacaqsa, münasibətləri bərpa etmək istəyərdim. "Salam” çox müqəddəs Allahın adlarından biridir. Amma elə vəziyyət yaranır ki, düşünürsən "salam" versəm, almasa nə olacaq?". Hamının fikri elə "Nə deyərlər? Düz başa düşməzlər”dir. Cəmiyyətin fikri bir çoxlarımızın həyatına təsir edir".



OXŞAR XƏBƏRLƏR