NASA qalaktikanın səsini yaydı – QƏRİBƏ MELODİYA
15:01 / 12.03.2019
2367
ABŞ-ın kosmik araşdırmalar mərkəzi NASA kosmosun ultrason vasitəsiylə əldə edilən "səs”ini yayınlayıb.
Alimlər Habıl teleskopunun "Wide Field Camera 3” kamerasiyla qalaktikalar topasının fotolarını səsə çevirib. Hər bir obyektə bir səs verilib. Ulduzlar və kompakt qalaktikalara qısa notlar, spiralvari qalaktikalara isə dəyişən tezlikli uzun səslər verilib.
Sfera.az-ın xəbərinə görə, NASA-ın açıqlamasında deyilir ki, bu indiyə qədər gördüyünüz ən qeyri adi musiqi növüdü.
Ancaq internet dinləyicilərinin bəziləri bu səsləri qorxunc adlandırıb.