Narkotiklər bu aparatlarda satılacaq - Dünyada ilk

Narkotiklər bu aparatlarda satılacaq - Dünyada ilk
Amerika daha bir ilkə imza atıb. Dünyada birinci dəfə narkotik satan aparat istifadəyə verilib.
 
Sfera.az xəbər verir ki. Kaliforniya ştatının Los Angeles şəhərində tibbi və ya zövq məqsədilə marixuananın müxtəlif növlərini satan aparat maraqla qarşılanıb.
 
"Greenbox Robotics” firmasının istehsal etdiyi "Greenbox” adlı smart maşından məhsulu seçdikdən sonra ödənişi kredit kartıyla və ya "Apple Pay” ilə ödəmək olur.
 
ABŞ-dakı Fox11 kanalında çıxış edən şirkətin icraçı direktoru Zax Consonun sözlərinə görə, bu aparatı bir il ərzində ərsəyə gətiriblər. İlk olaraq Los Angelesdə xidmətə açılan aparat müştərilərin məlumatlarını oxuyur və üz tanıma vasitəsilə yaşlarını müəyyən edir.

OXŞAR XƏBƏRLƏR