“Narkotikin fəsadları barədə məlumatlar məktəb dərsliklərinə salınsın!” – \"Patı\" ilə mübarizə üçün yeni TƏKLİF

“Narkotikin fəsadları barədə məlumatlar məktəb dərsliklərinə salınsın!” – \
Son vaxtlar xüsusilə gənclər arasında patı adlanan narkotik maddədən istifadə geniş yayılıb. Demək olar ki, hər gün bu məhsuldan istifadə edənlərin həbs olunması yaxud dünyasını dəyişməsi ilə bağlı məlumat alırıq.
 
Maraqlıdır, gənclər və yeniyetmələr arasında bu cür aludəçiliyin yaranmasının səbəbi nədir? Problemdən çıxış yolu varmı?

Məsələ ətrafında Sfera.az-a danışan sosioloq Lalə Mehralı yetkinlik yaxşında olan uşaqların nəzarətə götürülməli olduğunu bildirib. Ekspert aludəçiliyin yaranmasında sosial şəbəkələrin rolunun böyük olduğunu qeyd edib: 

"Gənc nəsil, xüsusilə də 15-17 yaşlı uşaqlarımız bu gün smartfon və internetdən istifadə edə bilirlər və onların sosial şəbəkələrə çıxışları var.
Daxil olduqları hər sosial şəbəkədə bu kəlmənin istifadə olunması ilə bağlı materiallar görürlər. Dolayısıyla onlara bunun nə demək olduğu maraqlı gəlir. Araşdırdıqdan sonra nə olduğunu öyrənir və necə bir şey olmasına maraq göstərirlər. Hər hansı vasitə ilə "patı” adlı məhsulu əldə edirlər, əldə etdikdən sonra dadına baxmağa çalışırlar və beləcə aludəçisi olurlar. Mən xüsusilə yetkinlik yaşında olan uşaqların nəzarətə götürülməsinin tərəfdarıyam".

Sosioloq narkotik maddələrin ziyanlarının tədris sisteminə salınmasının zəruriliyini vurğulayıb:

"Narkotikin fəsadları barədə məlumatları məktəblərdə dərs vəsaitlərinə salmaq və uşaqlara onun yaşatdığı dəhşətləri başa salmaq lazımdır. Bu haqda sənədli filmlər hazırlamaq və sinifdənxaric oxu yolu ilə bəzi məlumatların oxunmasını tədris etmək olar. Bəzən valideynlər deyirlər ki, uşaqların psixologiyasını korlamamaq üçün onlara hər şeyi demək olmaz. Amma məncə az da olsa məlumatlı olsalar, o yanlışa doğru yol almazlar. Onlar mütləq şəkildə bu dəhşəti anlamalıdırlar".

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...