Narkotik alveri ilə məşğul olan ana-bala saxlanıldı - VİDEO

Narkotik alveri ilə məşğul olan ana-bala saxlanıldı - VİDEO
Sabunçu rayonu Ramana qəsəbəsində narkotik vasitələrin və psixotrop maddə olan metamfetamin, yəni "patı”nın satışı ilə məşğul olan 2 nəfər tutulub.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, əməliyyat zamanı, əvvəlcə paytaxt sakini olan Dövlətəli Xudaverdiyev saxlanılıb. Onun üzərindən 86 qram heroin və 27 qram metamfetamin aşkar edilib. Saxlanılan şəxs ifadəsində anası ilə birgə Ramana qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq şöbə əməkdaşları tərəfindən Dövlətəli Xudaverdiyevlə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olan anası paytaxt sakini Mahirə Cavadova da tutularaq istintaqa təqdim edilib. Polis Şöbəsində üzərinə baxış zamanı ondan 605 qram heroin, 3 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib. 

Mahirə Cavadova aşkar edilən narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkə vətəndaşından aldığını və hazır bükümlər şəklində qablaşdıraraq satışını həyata keçirdiyini bildirib. 

Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...