“Nar”ın dəstək olduğu “Breyn Rinq” bilik yarışının qalibi məlum oldu

“Nar”ın dəstək olduğu “Breyn Rinq” bilik yarışının qalibi məlum oldu
Təhsil və elmə, mədəniyyət və maariflənmənin təbliğinə xüsusi önəm verən "Nar”ın ənənəvi olaraq dəstək verdiyi "Breyn Rinq” intellektual bilik yarışlarının on ikinci mövsümü başa çatdı. Bilik yarışlarında ölkənin müxtəlif bölgələri və ali məktəblərini təmsil edən komandalar iştirak edib. Respublikanın 17 bölgəsi və 10 ali məktəbini təmsil edən 32 komanda bilik mübarizəsi aparıb.

Sfera.az xəbər verir ki,"Breyn Rinq” intellektual yarışlarında ənənəvi "Bilik” kubokunun qalibi "Kapital Bank” komandası olub. Xatırladaq ki, ilin ilk yarısının qalibi və "Nar” Kubokunun sahibi isə "Full Göyçay” komandası idi.

"Breyn Rinq” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə də keçirilib. Belə ki, verilişin yayımı zamanı "Nar”ın "Tvitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırdılar. "Breyn Rinq” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də "Nar”dan hədiyyə qazanmaq şansı əldə ediblər.

"Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır. Bununla da elmə, təhsilə, biliyə olan marağı artırmağa səy göstərir, maariflənməni təşviq edir.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...